Dünən Antalyada yoxlama oyunu keçirən komandalarımızdan biri də "Keşlə" idi. Buna qədər üçü Bakıda olmaqla, 4 sınaq matçı keçirən və hamısından qalib ayrılan Yuri Maksimovun seriyasını həmyerliləri qırdı. Belə ki, paytaxt təmsilçisi "Karpatı”ya məğlub oldu. Ukraynalı mütəxəssis ilk dəqiqələrdən meydana bu futbolçuları buraxmışdı: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 24. Fuad Bayramlı, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 4. Slavik Alxasov, 22. Məqsəd İsayev, 97. Andre Klennon, 7. Vaqif Cavadov, 20. Ebrima Sohna, 9. Pərdis Fərcad-Azad.
Hesabda geri düşən "Keşlə" 57-ci dəqiqədə Əlibəy Məmmədlinin vurduğu qolla tarazlığı bərpa etsə də, matçdan 1:2 yenik ayrılıb.
Qeyd edək ki, “Keşlə” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu fevralın 1-də Rusiya "Yenisey”I ilə keçirəcək.
MİRAĞA