"Səbail" dünən Antalyada növbəti yoxlama matçına çıxdı. Debütant üçüncü oyunda Bolqarıstan "Lokomotiv”i ilə qarşılaşdı. Buna qədər Ukrayna "Çernomorets"i (0:0) və Serbiya "Napredak"ı (1:1) ilə heç-heçəyə razılaşan Samir Əliyevin komandası Plovdiv təmsilçisinə bir hissə müqavimət göstərdi. Komandaların heyətlərini nəzərinizə çatdırırıq.
Səbail: 25. Elxan Əhmədov, 23. Ayron Stati, 4. Rahil Məmmədov, 14. Niko Apakidze, 3. Tamazi Tsetsxladze, 26. Kamal Qurbanov, 5. Kərim Diniyev, 13. Yevgeni Koçuk, 11. Elman Taqayev, 10. Nurlan Novruzov, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 18. Aqşin Qurbanlı, 27. Ruslan Əmircanov, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev, 99. Maudo Jarjue.
Lokomotiv: 60. Rosen Andonov, 15. Dimitar Vesalov, 5. Asen Georgiev, 37. Muhammed Mussa, 71. Tontik Zigdane, 34. İqor Bahoviç, 93. Yanko Angelov, 39. Parvizdion Umarboev, 10. Vesselin Markev, 9. Filip Mixaleviç, 77. Ante Araliska.
Ehtiyat oyunçular: 50. Antoni Milina, 6. İlia Dyamov, 14. Bonhua, 17. Vance Trayanov, 20. Dimitar Zaxonov, 21. Aleks, 22. Arxan İsuf, 23. Simeon Raykov, 44. İvaylo Markov, 98. Peter Qlavonev.
"Səbail" ilk yarını üstün başa vurdu. Vüqar Nadirov 31-ci dəqiqədə bolqarların qapısına yol tapdı. Ancaq ikinci hissədə oyunun axarı dəyişdi. "Lokomotiv” fasilədən sonra təmsilçimizi 3 dəfə məyus edərək, fasilə dövründə ilk məğlubiyyətlə "tanış etdi".
MİRAĞA