Dino Ndlovunun ardından daha bir futbolçu “Qarabağ”ı tərk etmək üzrədi. Daha doğrusu, Norveç millisinin üzvü Tarik Elyunussi "köhlən atlar"dan ayrılıb. O bu gün tibbi baxışdan keçmək üçün Dubayda hazırlığa başlayan İsveç AİK-inin düşərgəsinə yollanıb. 29 yaşlı yarımüdafiəçi buna qədər məxsus olduğu “Olimpiakos”la müqaviləni ləğv edib və azad agent statusu alıb. Elyunissi ilə AİK artıq bütün məsələlərdə razılığa gəlib. Futbolçu baxışdan keçdikdən sonra tərəflər müqavilə bağlayacaq. Qeyd edək ki, yalnız tibbi müayinə zamanı və ya son anda hansısa problem yaransa, keçid baş tutmaya bilər.
İnformasiyanı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov da təsdiqlədi. O Elyunussinin düşərgədən ayrıldığını və karyerasını AİK-də davam etdirəcəyinin böyük ölçüdə dəqiqləşdiyini söylədi.
Xatırladaq ki, Tarik “Qarabağ”a ötən yay icarə əsasında keçsə də, əsas heyətdə möhkəmlənə bilmədi. Bu üzdən onun "köhlən atlar"ı tərk edəcəyi gözlənilən idi.
“Qarabağ” bu gün Antalyada 4-cü yoxlama matçına çıxacaq. “Sarayevo” (Bosniya və Hersoqovina) ilə qarşılaşmanın başlama saatı bəllidi. Belə ki, sınaq görüşü Bakı vaxtı ilə saat 18.30-da start götürəcək.
FARİZ