Çimərlik futbolu yığmamızın İranın Buşehr şəhərində təşkil olunan “Persian Cup 2018” beynəlxalq turnirində iştirak etdiyini bilirsiz. Təmsilçimiz ilk oyununu srağagün keçirib. Meydan sahibləri ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. Yığmanın heyətində Əbdül Əliyevlə Asif Zeynalov fərqlənib. Dünən isə milli İspaniya ilə üz-üz gəlib. Bu qarşılaşma da rəqibin qələbəsiylə bitib - 3:1. Komandamızın qolunu Orxan Məmmədov vurub.
Qeyd edək ki, yığma növbəti oyunun sabah Ukraynaya qarşı keçirəcək.