Sizin reklam burada

Vitali Borisov yarımfinalı nişan verdi

Müəllif: football Tarix: 29-01-2018, 21:24 5 892 Baxış
Vitali Borisov yarımfinalı nişan verdi
“İran Fransadan ən azı üç dəfə güclü komandadı”
Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal yığmamız artıq Sloveniyadadı. Futzalçılarımız dünən günorta saatlarında Bakı – İstanbul - Lyublyana reysi ilə səfərə çıxıb. Səfər ərəfəsində yığmanın təcrübəli oyunçusu Vitali Borisov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib, hazırlıq mərhələsini və komandamızın şanslarını dəyərləndirib.
- Bakıdakı hazırlıq dövrünü necə dəyərləndirirsən?
- Komandanın yaxşı hazırlıq keçməsi üçün hər cür şərait yaradılmışdı. Düzdü, 3 oyunçu, o cümlədən mən bir qədər gec qoşulduq yığmaya. Daha doğrusu, dəvət edildiyimiz vaxtda millinin düşərgəsində olduq. Müəyyən problemlərimiz oldu. Zədə üzündən Tyaqo məşqlərdə iştirak edə bilmədi, o, fərdi hazırlıq keçdi. Toplanış çərçivəsində 2 yoldaşlıq oyunu keçirdik. Bizim üçün vacib qarşılaşmalar oldu. Səhvlərimizi gördük. İran kimi komanda hansı mövqedə axsadığımızı ortaya çıxardı. Oyundan sonrakı iki-üç gün ərzində həmin səhvlər üzərində işlədik.
- İki fərqli oyun oldu. Bu qədər fərqin yaranmasına səbəb nədi?
- Səbəblər müxtəlifdi. Həm ikinci oyunda yorğun idik, üstəlik, birinci qarşılaşmada iştirak edən Vassura bu dəfə meydana çıxmamışdı. Bundan başqa, müxtəlif taktiki variantları sınamağa çalışdıq. İran millisi Bakıya əsas heyətlə gəlmişdi. Təbii ki, belə güclü rəqiblə qarşılaşmanın ancaq müsbət təsiri ola bilər.
- Baş məşqçi əsasən müdafiədə səhvlərə yol verdiyinizi və bir neçə oyunçunun, o cümlədən sənin tam hazır olmadığını qabartdı.
- Alesionun taktiki baxımdan istədiklərini vermək mənə görə çətin deyildi. Çünki çox dəyişiklik olmayıb. Əsas problemim fiziki hazırlıqla bağlı idi. Serbiya çempionatı 1 aya yaxın idi başa çatmışdı. Taktiki yox, fiziki baxımdan bir qədər axsama var. Qollara gəlincə, iki qolu standart vəziyyətdən buraxdıq. Digərlərini isə müdafiədə etməməli olduğumuz səhvlərdən sonra qapımızda gördük.
- İranla Fransanın oyun üslubunun oxşar olduğu deyilir. Fransaya qarşı hansı oyunu nümayiş etdirsəz, qələbə qazanmaq mümkün olacaq?
- Birinci qarşılaşmadakı oyunu nümayiş etdirə bilsək, uğurlu nəticə qazanacağıq. Deməzdim İranla Fransanın oyun üslubu eynidi. İran Fransadan ən azı 3 dəfə güclü komandadı. Təsadüfi deyil ki, dünyada 4-cü yerdə qərarlaşıblar. Fransanı tam təhlil etməmişik. Ancaq inanmıram ki, İrandakı kimi Fransada 12 futzalçıdan 10-u eyni gücdə, eyni səviyyədə olsun. Ola bilər, iki-üç seçilən futzalçısı olsun.
- Fransanın əsas təhlükəli tərəfi nədi?
- Fiziki və atletik baxımdan güclüdülər. Taktiki planda güclü olmasalar da, seçidikləri oyun üslubuna sona qədər sadiq qalırlar. Fiziki üstünlüklərindən sona qədər yararlanmaq istəyirlər. Zəif rəqib deyil. Avropa çempionatında zəif komanda olmur.
- Millimiz artıq imic formalaşdırıb və Avropada sayılıb-seçilən komandalardandı. Beşinci dəfə iştirak edəcəyimiz yarışda bu imici qorumaq mümkün olacaqmı?
- Minimum tapşırıq qrupdan növbəti mərhələyə yüksəlməkdi. İndi yaxşı komandamız var. Dünya çempionatında iştirak edən heyət qorunub. Şansımız var ki, yarımfinala qədər yüksələk. Sloveniyaya bunun üçün gedirik.
MİRAĞA hazırladı
SON XƏBƏRLƏR