Sizin reklam burada

Məmmədova sevindi, Rəhimova üzüldü

Title
Məmmədova sevindi, Rəhimova üzüldü
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin ilk dövrəsinə yekun vurulub. B qrupunda yer alan “Fənərbaxça” 3-cü turda da evdə İtaliya klubuna uduzub. “Konelyano” İstanbulda 0:2 geridə olsa da, əzmkar qələbəyə sevinib – 3:2 (21:25, 25:27, 25:15, 25:17, 15:10). Polina Rəhimova bu oyunda cəmi 14 xal toplayıb. 5 xalla qrupda 3-cü yerdə qərarlaşan “sarı-lacivərdlilər” növbəti turda bu komandadan İtaliyada qisas almağa çalışacaq.
Rəhimovadan fərqli, Natalya Məmmədovanın işləri qaydasında gedir. Təcrübəli hücumçunun formasını geydiyi “Dinamo” Kazanda “Vizura”ya qalib gəlib – 3:0 (25:18, 25:23, 25:11). Eldar Zülfüqarovun baş hakim olduğu görüşün ən məhsuldar oyunçusu yığma üzvü olub. Məmmədova 13 xalla qələbəyə töhfə verib. 9 xalla C qrupuna başçılıq edən Rusiya klubu növbəti turda “Vizura”nın qonağı olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.