İran çempionatında 21-ci tura yekun vurulub. Ötən sayımızda “Göstəriş Fulad”ın Təbrizdə “Neft Tehran”la 1:1-lik heç-heçəyə razılaşdığını xəbər vermişdik. Dünən isə “Traktorsazi” Məşhəddə “Meşki Puşan”la münasibətləri aydınlaşdırıb. Ərtoğrul Sağlamın rəhbərliyi altında ilk oyununa çıxan “qurdlar” autsayderin müqavimətini qıra bilməyib – 0:0. Hazırda “poladçılar” 29 xalla 7-ci pillədə qərarlaşıb. Həmşəhərlilərindən 7 xal geri qalan “qırmızı-ağlar” 11-ci sırada yer alıb. Növbəti turda “Göstəriş Fulad” “Meşki Puşan”ı Təbrizdə sınağa çəkəcəksə, “Traktorsazi” “Padideh” səfərinə yollanacaq.
SƏRXAN