Sizin reklam burada

TRANSFER DOSYESİ

Title
TRANSFER DOSYESİ
Qış “transfer pəncərəsi”ndən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işləri davam etdirir. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olması da gələnlərin sayına təsir edir. Artıq “Keşlə” transfer qadağasından xilas olub və paytaxt təmsilçisi də bu yöndə iş aparır. Bir sözlə, premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq. Onu da bildirək ki, ölkəmizdə qış “transfer pəncərəsi” 13 yanvar – 9 fevral tarixlərini əhatə edir.
Qarabağ
Gələn: yoxdu
Gedənlər: İbrahim Aslanlı (Zirə), Elşən Abdullayev ("Zirə", icarə), Dino Ndlovu (“Xançjou Qrintaun”, Çin)
Qəbələ
Gələn: Təmkin Xəlilzadə (Zirə)
Gedənlər: Roman Hüseynov ("Kəpəz", icarə), Tellur Mütəllimov (Zirə), Endi Hallidey ("Reyncers", Şotlandiya, icarə müddəti yarımçıq dayandırılıb), Ülvi İsgəndərov ("Sumqayıt", icarə), Deyv Bultuis (“Herenven”, Hollandiya), Ekiqo Ehiosun
Zirə
Gələnlər: İbrahim Aslanlı (Qarabağ), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə), Tellur Mütəllimov (Qəbələ)
Gedənlər: Murad Səttarlı (Kəpəz), Nicat Qurbanov (Sumqayıt), Qabriel Matey ("Termalitsa", Polşa), Təmkin Xəlilzadə (Qəbələ), David Manqa ("Hapoel Aşkelon", İsrail)
Sumqayıt
Gələnlər: Elnur Abdullayev (Keşlə), Nicat Qurbanov (Zirə), Ülvi İsgəndərov ("Qəbələ", icarə)
Gedən: Ramil Həsənov (Xəzər)
Neftçi
Gələnlər: Təyyar Məmmədov ("Səbail", icarədən qayıdıb), İlkin Qırtımov (Keşlə), Fərid Abbaslı (Binə), Fransisko Qarsiya ("Serro Portenyo", Paraqvay)
Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya, icarə müddəti bitib), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Səbail"), Fəhmin Muradbəyli (“Səbail”, icarə), Məqsəd İsayev (Keşlə), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah", icarə), Tərzin Cahangirov (Kəpəz), Hüqo Barqas (“Bluminq”, Boliviya), Edson Kastilyo
Səbail
Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev (Kəpəz), Ruslan Əmircanov
Gedənlər: Təyyar Məmmədov ("Neftçi", icarə müddəti bitib), Tanrıverdi Məhərrəmli (Xəzər), Emin Mehdiyev ("Sabah", icarə), Murad Musayev (Şüvəlan), Amit Quluzadə (“Drita”, Kosovo), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telyes
Keşlə
Gələnlər: Məqsəd İsayev (Neftçi), Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Pablo Podio ("Fastav", Çexiya, icarə), Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana/ Avstriya), Ebrima Sohna, Andre Klennon (hər ikisi VPS, Finlandiya), Vaqif Cavadov
Gedənlər: Elnur Abdullayev (Sumqayıt), Samir Zərgərov (Kəpəz), Mirsahib Abbasov (“Zirə”, icarə), İlkin Qırtımov (Neftçi), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Kəpəz
Gələnlər: Murad Səttarlı (Zirə), Roman Hüseynov (Sumqayıt), Samir Zərgərov (Keşlə), Tərzin Cahangirov (Neftçi), Sergey Litovçenko ("Dinamo", Tiflis/Gürcüstan), Qiuli Mancqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə (Sabah), Tural Nərimanov (Şüvəlan), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Dieqo Qusmao
Gedənlər: Kərim Diniyev (Səbail), Novruz Məmmədov, Aydın Qasımov (hər ikisi “Xəzər”), Azad Kərimov (MOİK), Samba Diallo, Mansur Alaci, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Azər Məmmədov, Sergey Çernışev, Məhəmməd Qurbanov
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.