• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ermənilər üçün “çay məclisləri” davam etməlidi…

Ölkə futbolu / Manşet

18-10-2023, 17:0

Məni yaxından tanıyanlar, siyasi mövqeyimə bələd olanlar yaxşı bilir ki, nə yetərincə nöqsanı olan iqtidardan, nə də xarici qrantlar hesabına yaşayan "müxalifət"dən suyum-çörəyim gəlir.

Hər iki düşərgəni, o cümlədən Prezident İlham Əliyevi də mətbuatda tənqid etmişəm. Amma 44 günlük müharibədə və digər ekstremal şəraitlərdə bir vətəndaş, ehtiyatda olan zabit, jurnalist kimi dövlət başçısının yanında, sərəncamda olduğumu da bəyan etmişəm. Odu ki, iki gün öncə Prezidentin antiterror əməliyyatı sonrası başda Xankəndi olmaqla geri qaytarılan torpaqlarımızda dövlət bayrağını sancması ona müxalif olan məni də sevindirdi. İlham Əliyev həm də tarixdə qalacaq maraqlı çıxışıyla diqqəti çəkdi. Əsas da ermənilərlə vaxtilə birgə, mehriban, yaşamağımızdan, amma onların millətçilərinin aranı qarışdıraraq bizə qarşı namərdlik, alçaqlıq etməsindən, həmçinin separatçı rejimin nümayəndələrinin Bakının da işğalından sonra çay içmək sevdalarının necə dəfn edilməsindən danışması ləzzət elədi.

Sosiologiyadan da bildiyimiz kimi təyin olunan və əldə olunan statuslar var. Heç bir insan irqini, etnik kimliyini, milli mənsubiyyətini, valideynini seçmir. Razılaşsaq da, razılaşmasaq da, bunlar təyin olunan statuslarımızdı. Eynilə hər hansı bir xalq da qonşusunu seçmir. Nə qədər acı olsa da, bədnam ermənilərlə zamanla yenidən birgə yaşayacağıq. Amma 1904-05-ci illəri, 1918-ci ili, 1948-53-cü illərdə başımıza gələn faciələri unutdumamalıyıq. Bu unutqanlıq nəticəsində 1988-94-cü illər aralığında Xocalı soyqrımını yaşamaqla bərabər tarixi torpaqlarımızı da itirdik və bu həsrət 30 il çəkdi. Odu ki, bugünkü zəfəri hansı qurbanlar bahasına əldə etdiyimizi unutmamaqla yanaşı başqa sahələrdə, əsas da ədəbiyyat, incəsənət, idmanda yeni-yeni uğurlar qazanmaqla regionda söz sahibi, diliuzun olmalıyıq.

Dünyaca məşhur futboçu, SSRİ idman ustası, Sosialist Əməyi Qəhramanı Lev Yaşin deyir:

"O kəs ki, qələbələr qazanmağa iddialıdı, boyundan hündürə tullanmaq məcburiyyətindədi".


Torpaqlarımız işğal altında olarkən qələbələrə yeganə iddialı kimi boyundan hündürə tullanan Qurban Qurbanov idi. Məhz yığmamızın sabiq forvardının rəhbərlik etdiyi "Qarabağ" Azərbaycan adını tanıtmaq, əzəli torpaqlarımızın adını "Artsax" qoyanları yandırmaq üçün dünyanın yaşıl meydanlarında döyüşərək tarix yazdı və yazmaqdadı. Bəli, məhz döyüşdü, çıxış etmədi. Çünki Ağdam təmsilçisi beynəlxalq turnirlərdə istər separatçı dığaların təxtibatları, istər erməni sevdalılarının təzyiqləri, istər hakimn qərəzi, istərsə də bizi gözü götürməyən bir çox qüvvələrin maneələri ilə üzləşdi. Buna rəğmən, "köhlən atlar" bütün sınaqlardan uğurla çıxdı, irəlilədi və daha böyük addımlar atmaqdadı.

Sözüm odu ki, "Qarabağ"ın uğurlarıyla kifayətlənməməli, azad olunmuş torpaqlarımızda da idmanın şahını inkişaf etdirməliyik. Hazırda 2-ci liqada "Füzuli" ilə "Cəbrayıl”ın, Region Liqasında Zəngilan, Qubadlı təmsilçilərinin olması, "Ərgünəş"in fəaliyyətini bərpa etməsi sevindirici haldı. Amma görüləsi iş də çoxdu. Prezidentin Xankəndiyə dövlət bayrağını asmaqla xalqa müraciətindən sonra Qarabağın mərkəzi sayılan şəhərdə də futbol komandasını bərpa etmək vacib və lazımdı. Xatırladım ki, 1927-ci ildə bu şəhərin "Dinamo" klubu yaradılıb. Sonralar isə "Qarabağ" adı ilə Azərbaycan SSR çempionatında çıxış edib.

Tarix yalnız dövlət elan etmək, bayrağa, gerbə, himnə sahib olmaq, savaşlarda üstünlük əldə edib müharibənin qalibi olmaq deyil. Tarixin uğurları bununla bitmir. Yeri gələndə dünyada mövcud olmuş latın xalqı hazırda yoxdu, amma onun zəngin dili hələ də elm dili kimi ağırlığını qoruyur. Baskların dövləti yoxdu, amma dünyaya səs salan xalqdı. “Cırtdan” Andorra ilə Lixtenşteyn müharibələr aparmadan zəngin tarixə malikdi. Odu ki, dərin düşünən, keçmişdən nəticə çıxaran, bütün sahələrdə uğur qazanmağa həris və buna nail olan xalqlar tarix yazmaqla dünyada böyük addımlarını atır. Ona görə də bu gün ABŞ və Latın Amerika dövlətlərinin tarixi ilə Avrasiya ölkələrinin keçmişini, mədəniyyətini müqayisə edəndə özünü mütərəqqi hesab edən "yeni dünya"nın tarix tərəzisində daha yüngül olduğunu görürük. Bu məqamda rejissor Alfonso Araunun lentə aldığı, Kiano Rivzin baş rolu canlandırdığı "Buludlarda gəzinti" filmində ABŞ ordusunun keçmiş çavuşu Pol Sattonla ispan əsilli Alberto Araqonun süfrə arxasındakı müzakirəsi yada düşür. Belə ki, amerikalı əsgər Araqonun evində qonaq olaraq balqabaq şorbasını dadır, çox bəyəndiyini deyir. Bu zaman ev sahibi "sizin İstiqlal bəyannaməniz və müstəqilliyiniz olmadığı vaxtlarda bizim bu şorbamız var idi, nəsillərimizdən gələn bu yeməyi hələ də bişirməkdəyik", - deyə cavab verir. Yəni bizim nəsildən-nəslə ötürülən balqabaq şorbamız sizin dövlətdən daha qədimdi. Çoxları bu müqayisəmə rişxənd edərək deyə bilər ki, bu gün İspaniya və onun müstəmləkələri olan Meksika daxil, Latın Amerikası ölkələri hardadı, ABŞ hansı yüksəklikdədi? Yankilərin dövləti dünyanın super gücüdü. Bəli, ABŞ liderdi. Amma bu dövlətin xalqı daim böhran, narkomaniya, zorakılıq, diskriminasiyalar, iqrçilik, qətllər içində boğulmaqdadı. Qəribədi ki, dünyanın super gücü başqa ölkələrə, o cümlədən bizi bəyənməyib demokratiya dərsi keçəndə öz xalqına hörümçək adamı, betmeni, supermeni qəhrəman kimi təlqin etməyə məhkumdu. Çünki onun 248 illik mövcudluğunda nə şərəfli tarix, nə də üzə çıxara biləcəyi qəhrəmanlar var. Xülasə Azərbaycanın dünya ağalığına iddiası yoxdu, amma ağalara nümunə ola biləcək insanlıq, humanizm, tolerantlıq, xalqlar dostluğu, torpaq uğrunda qan tökmək və can qoymaq kimi qəhrəmanlıqlar da daxil 3 min illik tarixiylə nümunə ola bilər. Həmçinin bu gün və sabah Qarabağda yalnız hərbi, siyasi zəfərlərlə yox, vaxtilə bu diyarda olan futbol komandalarını bərpa edib uğurlar qazanmaqla da ermənilərə futbol dərsi, azarkeş mədəniyyəti, milli tolerantlığımızı göstərməliyik. Qarabağın baş kəndini Stepanakerd hesab edən haylar "Xankəndi"nin parlaq oyunlarını izləməklə bir daha məğlubiyyətin acısını yaşamalıdı. Dığaların Berdzor, Şuşi, Mardakert, Martuni, Karvaçar, Kovsakan, Sanasar, Carakar adlandırdıqları rayonlarımızın doğma adlarına qovuşandan sonra yaşıl meydandakı təmsilçilərinin at oynatdıqlarını görəndə özgə torpaqlarını özününküləşdirməyin necə puç ideya olduğunu qanacaqlar. Artıq Ağdam "Qarabağ"ının uğur qatarına Xankəndi başda olmaqla azad olunan bölgələrimizin futbol komandaları da qısa müddət ərzində qoşulmalıdı, elitanı, 1-ci və 2-ci liqaları Qarabağın təmsilçiləri zənginləşdirməlidi.

İlham Əliyev Xankəndinin mərkəzindəki inzibati binanın qarşısında dayanaraq vurğuladı: "Bu binadakı ən ali kürsüdə oturanların bəziləri tanklarıyla Bakıya gəlmək və çay içmək istəyirdilər. Bizi hədələyirdilər. Özünü prezident adlandıran üç təlxək burda oturub bizə meydan oxuyur, təhqir edirdi. Özünü Qarabağın "xarici işlər naziri” adlandıran separatçı, o vaxt kinayə ilə deyirdi ki, "Azərbaycan bayrağını Xankəndidə qaldırmaq istəyirsə, ölkəmizdə səfirlik açsın". Onların hər biri haqlı çıxdılar. Tankları Bakıda qənimət parkındadı. Hədələyənlərin isə çayları Bakıdakı istintaq təcridxanasında verilməkdədi".
Ölkə başçısının sözlərini yaşıl meydanda da təkrarlamalıyıq. Qarabağda yalnız musiqi və mədəniyyət tədbirləri keçirməklə kifayətlənməməliyik. Bu diyarda futbolu o qədər populyarlaşdırmalıyıq ki, yalnız bölgənin təmsilçilərini yox, həm də qonşu ölkələrin, o cümlədən Ermənistan klublarının yer alacağı turnirlər keçirməklə komandalarımızın qələbələrini haylara seyr etdirərək onlara çay qonaqlığı verməliyik. Əmin olun ki, Xankəndinin, Şuşanın, Cəbrayılın, Qubadlının, Kəlbəcərin və başqa azad olunan rayonlarımızın təmsilçilərinin zəfərlərinə şahidlik edərək "Azərçay", "Final", "Beta" kimi brend məhsulları dadarkən gözəl ətirli çay yox, həm də zəhər tuluğu içəcəklər. Axı, onlar Azərbaycan torpaqlarına fateh kimi ayaq basıb çayımızı başlarına çəkməyin sevdasındaydılar. Amma muradları gözlərində qaldı. Qısası, bundan sonra bədnam qonşularımızı turnirlərdə üstələməklə ardından çay süfrəsinə dəvət etməliyik. Biz onsuz da yadlara qonaqpərvərlik, humanistlik göstərən xalqıq. Hər zəfərmizdə dığalara çayımızı içirməklə onlara yoxsul olduqları insanlıq, mülayimlik, qonşuluq, empatiya və s. bu kimi məziyyətləri də aşılamağa çalışsaq, daha böyük uğurlarımızın davamı gələcək.

Haşiyə:
Xankəndidə 33 il sonra Azərbaycan bayrağının dalğalandırılması sayəsində vaxtilə Qarabağa muxtatiyyət tələb edərək Ermənistanın tərkibinə qatmaq istəyənlərin qarşısında təkbaşına mətanətlə dayanaraq buna imkan verməyən Nəriman Nərimanovun, 1945-46-cı illərdə yenidən bu torpaqları Azərbaycandan qoparmağa hər vasitəylə çalışan dığaların rəhbəri Arutunovun arzusunun üzərində qırmızı xətt çəkən Mir Cəfər Bağırovun, dünya ermənilərinin katalikosu I Vazgenin Bakıya təşrif buyuraraq "DQMV"-nin qriqoryanların yurdu olduğunu, bu torpaqların dini aspektdən ermənilərə verilməsinin vacibliyini vurğulayarkən şalvarının qabağını açmaqla keşişə "Qarabağın əvəzinə ancaq bunu ala bilərsiz" deyib qovan Nazirlər Sovetinin sədri Sadıq Rəhimovun, 1960-cı ildə Mikoyanın təşəbbüsü ilə Qarabağ və Naxçıvanın Ermənistanın tərbinə verilməsi məsələsi qaldırılanda bu məkrli planın reallaşmasına imkan verməyən Nazim Hacıyevin də ruhları şad oldu. Görkəmli siyasi şəxsiyyətlərin əməllərini nümunə götürən İlham Əliyev də "Qarabağ Azərbaycandı!" deməklə həm sözdə, həm də əməldə məsələyə nidasını qoydu.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

İdman

8-04-2022, 10:0

Prezident İlham Əliyev idmançıları qəbul etdi

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 91
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə