Sizin reklam burada

“Sumqayıt” fitnes salonunda məşq etdi

Title
“Sumqayıt” fitnes salonunda məşq etdi
Srağagün “Konkordiya” ilə matçda qüvvəsini sınayan “Sumqayıt” dünən bir məşqlə kifayətlənib. Samir Abasovun yetirmələri fitnes salonunda hazırlıq keçib. Təxminən 1 saat davam edən çalışmalarda futbolçular müxtəlif təmrinləri yerinə yetiriblər.
Bu arada “kimyaçılar”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə klub televiziyasına açıqlama verib: “Antalyada hazırlıqlarımız yanvarın 21-dən başlayıb. Şükür Allaha, hər cür şəraitimiz var. Futbolçular da bu şəraitdən yaxşı istifadə etməyə çalışır. Səhər-axşam məşqlərimizi davam etdiririk. Çalışacağıq ki, bu şəraitdən istifadə edərək yaxşı hazırlaşaq".
Yığma məşqçilərinin diqqətindən kənarda qalan Həsənalızadə Antalyadakı təlim-məşq toplanışında uduzduqları ilk yoxlama oyununa da toxunub: "Həmin qarşılaşmada Rumıniyanın "Konkordiya" klubuna məğlub olsaq da, oyunu pis keçirmədik. Səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Xətalarımızı düzəltməyə səy göstərəcəyik. Antalyada qalan üç yoxlama matçında yaxşı oynayıb çempionata tam hazır olacağıq".
"Sumqayıt"ın hücumçusu, “vuran ayağı” Amil Yunanov da komanda yoldaşı kimi düşüncələrini bölüşüb: "Hazırlığın ilk mərhələsinə Sumqayıtda start verdik. İkinci mərhələni isə Antalyada keçiririk. Taktiki-texniki yöndə məşqlər edirik. Bir yoxlama matçı keçirdik. Belə oyunlarda nəticə vacib deyil. Səhvlərimizi gördük və bunun üzərində işləyəcəyik. Qalan üç oyunda səhvlərimizi düzəldərək çempionata tam hazır olmaq istəyirik".
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.