• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə premyer-liqasında xaos hökm sürür

Dünya futbolu

18-10-2023, 12:0

Oktyabrın 7-dən etibarən Yaxın Şərqdə yeni mərhələyə qədəm qoyan münaqişə İngiltərə futboluna da təsir göstərir. “The Athletic” xəbər verir ki, İngiltərə Premyer-Liqasının (İPL) rəhbərliyi klublar üçün siyasi xarakterli və ya dini mənsubiyyət bildirən əşyaların stadiona keçirilməsindən tutmuş ən müxtəlif məsələlərlə bağlı təlimat hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, İPL bütün mümkün riskləri minimuma endirmək istəyir. Həqiqətən də İngiltərə futbolunda heç də sakit ab-hava hökm sürmür.

İPL uzun müddət susdu, klublar mövqe bildirməyi tələb etdi

Hadisələrin xronoloji ardıcıllığına baxaq.

● 8 oktyabr. Qətərin “beIN Sports” kanalının şərhçisi Xəlil Əl-Baluşi “Brayton”la “Liverpul” arasındakı 8-ci turun oyunundan əvvəl ictimai şəkildə Fələstini dəstəklədi: “Allahın adı ilə başlayırıq. Fələstindəki adamlarımız üçün dua edir, həmrəyliyimizi çatdırırıq. Ay Allah, adamlarımıza qələbə bəxş et”.
● Liqa heç bir reaksiya vermədi. İki gün sonra klublar işə qarışdı. Bəzi komandaların təmsilçiləri İPL rəhbərliyini vəziyyətlə bağlı mövqe bildirməyə çağırdı. Bəziləri rəhbərliyi ikiüzlülükdə suçladı və 2020-ci ildə “Black Lives Matter” hərəkatına verilən fəal dəstəyi xatırlatdı.

● 11 oktyabr. “Çelsi” ilə “Arsenal”ın yəhudi fanatları işə qarışdı və futbol dünyasını reaksiyasızlıqda qınadı: “Heç kim bir söz də demir. Nə hakimiyyət orqanlarından reaksiya var, nə komandalardan, nə azarkeşlərin böyük əksəriyyətindən, nə teleşirkətlərdən, nə də ekspertlərdən. Futbol hakimiyyəti düşünür ki, bu “mürəkkəb” və “qarışıq” vəziyyətə necə reaksiya versin. Görünür, anlamağa çalışırlar ki, başverənlərlə bağlı çıxış etsələr, sponsorları və tərəfdaşları incidə bilərlər. Ancaq burda mürəkkəb, qarışıq heç nə yoxdu. Balans və alternativ baxış bucağı axtarmağa ehtiyac yoxdu. Başverənlərə toxunmayan futbol dünyası ucadan və aydın şəkildə bəyan etdi ki, israillilərin həyatı başqalarının həyatına bərabər deyil. Yəhudi azarkeşlər və İsrail xalqı bu özünəməxsus ailəyə aid deyil”.

● 12 oktyabr. İPL, nəhayət, bəyanatla çıxış etdi: “Premyer-Liqa İsraildə və Qəzza sektorunda böhranın eskalasiyasına görə şokdadı və kədərlənir. İPL günahsız adamlara münasibətdə qorxunc və amansız zorakılıq aktlarını qətiyyətlə qınayır. Sülhə ümid edir, faciə qurbanlarına, onlarına ailələrinə və zərər görən icmalara dəstəyimizi ifadə edirik. Zərərçəkənlərə hörmət əlaməti kimi İPL-in oyunçuları, məşqçilər və rəsmi şəxsləri oktyabrın 21-23-ü aralığında keçiriləcək oyunlarda qara sarğı taxacaq və onların xatirəsini birdəqiqəlik sükutla yad edəcək. İPL həmçinin Böyük Britaniya Qırmızı Xaçına ianə edəcək”.

● İPL-in bəyanatından dərhal sonra İngiltərə klubları da reaksiya verdi.
“Mançester Siti”: “İPL-in İsraildə və Qəzza sektorunda yaşanan böhranla bağlı bəyanatına dəstək olaraq, “Mançester Siti” – “Brayton” oyununda bütün zərərçəkənlərə hörmətimizi ifadə edəcəyik”.

“Liverpul”:
“Bütün fikirlərimiz İsraildə və Qəzza sektorunda ölən günahsız adamların yaxınlarıyladı. Qadınlar arasında Superliqanın oyununda və premyer-liqa çərçivəsində evdə keçirəcəyimiz “Everton”la oyunda ölənlərin xatirəsini yad edəcəyik”.

“Tottenhem”:
“Klub İsraildə və Qəzza sektorunda böhranın eskalasiyasına görə şokdadı, kədərlənir, günahsız adamların məruz qaldığı zorakılıq aktlarını qətiyyətlə qınayır. Qurbanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı mesajımızı çatdırırıq. Başqa klublara qoşularaq “Fulhem”lə növbəti oyunumuzda qara sarğı taxacaq və birdəqiqəlik sükut elan edəcəyik”.

● 13 oktyabr. “Çelsi” də reaksiya verənlər sırasına qoşuldu: “İsrailə hücumun nəticəsi olan böyük insan itkilərinə görə hədsiz kədərlənirik. Londonun yəhudi icması və bütün dünyadakı yəhudilər ilə həmrəy olduğumuzu bildiririk, Antisemitizmin güclənən dalğasına qarşı kampaniya aparırıq. Premyer-liqanın başqa klubları kimi, biz də İsraildə və Qəzza bölgəsində həlak olanların xatirəsini “Arsenal”la “Stemford Bric”də keçirəcəyimiz oyunda yad edəcəyik”.

● Ancaq İPL-in bəyanatını heç də hamı dəyərləndirmədi. Məsələn, İsrail liqası bəyanatda bu ölkənin açıq dəstəklənməməsindən narazıdı. İsrail Peşəkar Futbol Liqalarının rəhbəri Erez Halfon belə yazdı: “Əksər ölkələr İsrailə dəstəyini ifadə edib. Dünyada bir çox məşhur abidələr göy-ağ rənglərlə işıqlandırılıb. Buyurun, səviyyə haqda düşünün. İPL-in bu hərəkətlərə reaksiyasından məyusuq. Sizin ilk reaksiyanız ikimənalı idi. Qeyri-düzgün təfsiri qəbul edə bilmərik. Elə ilk imkandaca bu məsələni sizlə müzakirə etmək istərdik”.

İFA da problemlə üzləşdi – “Uembli”ni işıqlandırmadığına görə

İngiltərə Futbol Assosiasiyası (İFA) ətrafında də vəziyyət sakit deyil. “Daily Mail” xəbər verir ki, İFA İngiltərə yığmasının qarşıdakı oyunlarında İsrail bayrağının “Uembli”də nümayiş olunmasını fəal şəkildə müzakirə etsə də, sonradan bu ideyadan imtina edib. Avstraliya ilə oktyabrın 13-də keçirilən yoldaşlıq oyununa yalnız bu iki yığmanın rəmzləri buraxılıb. Əvvəllər “Uembli” dəfələrlə müxtəlif ölkələrin və təşkilatların rəngləri ilə işıqlandırılıb.

İFA-nın “Futbola inam” qrupunun rəhbəri, ravvin Aleks Qoldberq belə vəziyyətlə barışmayaraq istefa verib. Böyük Britaniyanın ən nəhəng yəhudi təşkilatı isə belə bəyanatla çıxış edib:

“2015-ci ildə Parisdəki “Bataklan” konsert salonunda baş verən qətliamdan, 90 adam öldürüləndən sonra növbəti həftəsonu premyer-liqa oyunlarının keçirildiyi bütün stadionlarda “Marselyoza” səsləndi. Əlaqələndirilmiş terror aktı nəticəsində yüzlərlə günahsız israillinin öldürüldüyü, zorlandığı və oğurlandığı indiki məqamda isə İFA-nın reaksiyası ondan ibarətdi ki, “İsrail və Fələstindəki münaqişə qurbanlarının xatirəsi yad olunsun, “Uembli” göy və ağ rənglərlə işıqlandırılmasın”. Belə zəif reaksiya İFA-ya şərəf gətirmir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-11-2022, 10:0

Bu şirkət "Liverpul"u almaq istəyir

Maraqlı

30-09-2023, 11:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Maraqlı

8-10-2023, 10:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Maraqlı

26-08-2023, 11:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Maraqlı

7-10-2023, 11:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə