Dünən qadın voleybolçuların ölkə çempionatında 2-ci turun oyunları keçirilib. Hər iki görüşdə “quru” hesab qeydə alınıb. Hərçənd debütant ilk setdə ölkə çempionuna ciddi müqavimət göstərib. Ancaq tədricən təcrübə sözünü deyil. İkinci görüşdə isə Eldar Yusubovun komandası Vüqar Əliyevin yetirmələrinə şans tanımayıb.
Azərreyl - AVF 3:0 (25:23, 25:19, 25:13), Lokomotiv – Abşeron 0:3 (21:25, 17:25, 19:25)
1. Azərreyl 2 2 0 6-0 6
2. Abşeron 2 2 0 6-0 6
3. AVF 2 0 2 0-6 0
4. Lokomotiv 2 0 2 0-6 0
Üçüncü turun oyunları fevralın 2-də keçiriləcək: 15.00 Abşeron – Azerreyl, 17.00 Lokomotiv – AVF.
Reaksiya
Famil Ağayev, "Azərreyl"in baş məşqçisi: "Olduqca çətin oyun oldu. Biz bu görüşə çox ciddi hazırlaşmışdıq. Rəqib çox yaxşı komandadı. Düzdü, heyəti o qədər də oturuşmayıb. Bizdə də iki yeni oyunçu var idi. Həlledici məqamlarda rəqibdən daha üstün oynadıq. Çox şadam ki, bu gün inamlı qələbə qazandıq. Fikrimcə, növbəti qarşılaşmalar daha gərgin mübarizə şəraitində keçəcək".