Sizin reklam burada

Emil Əliyev futzalımızın inkişafda olduğunu düşünür

Müəllif: football Tarix: 28-01-2018, 13:58 850 Baxış
Emil Əliyev futzalımızın inkişafda olduğunu düşünür
“Azərbaycan millisi AÇ-də medal qazanmaq iqtidarındadı”
Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti Emil Əliyev futzalımız və millimiz haqda fikirlərini bölüşüb. O, ölkəmizdə futzalın inkişafı yolunda vacib addımlar atıldığını söyləyib: "Azərbaycanın mini-futbol yığması son vaxtlar Avropa çempionatının daimi iştirakçısıdı. Bu da Azərbaycan klublarının peşəkar planda inkişafından xəbər verir. Ən əsası onlarda xarizmatik lider Zaur Axundov var ki, o, milli komandanın komplektləşməsi üçün hər şey edir. Azərbaycan Rusiyadan nümunə götürərək Portuqaliya və Braziliyadan bir sıra maraqlı oyunçular cəlb edib, onlara vətəndaşlıq verib. Hesab edirəm ki, bu, düzgün addım idi. Çünki ictimaiyyətdə maraq doğurub və klublara çoxlu uşaq gəlib".
Əslən azərbaycanlı olan Əliyev Azərbaycan Futzal Federasiyası ilə qarşılıqlı əməkdaşlıqlarının olduğunu deyib: "Azərbaycan anlaşmamızın fəal iştirakçıdı. Birgə bir sıra tədbirlər keçirmişik. Sonuncusu 4 ölkənin milli komandasının turnirdə iştirak idi. Bu, Rusiya, İran, Qazaxıstan və Azərbaycan yığmalarının çıxış etdiyi yarış idi. Avropa çempionatına hazırlıq çərçivəsində birgə turnirdə oynadıq. Bu, İranda keçirildi. Belə razılıq əldə etdik ki, sonrakı turnir Qazaxıstanda, ardından Azərbaycanda və Ruisyada keçiriləcək".
Emil bəyin fikrincə, futzal yığmamız bir neçə gün sonra Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində uğurlu çıxış etməyə qadirdi: "Əminəm ki, İran turnirində gördüyümüz heyət gərgin ab-hava yaradacaq və Azərbaycan Avropa çepionatında çox yığmaya ciddi rəqib olacaq. Fikrimcə, bu yığma medal qazanmaq iqtidarındadı".
SON XƏBƏRLƏR