• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vətən müharibəsinin idmançı qazisi: “Reqbi insanı möhkəmləndirir, komandada mübarizə aparmağı öyrədir” - LAYİHƏ

İdman / Layihə / Manşet

15-10-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Nəzər Cəfərov Azərbaycanın gənc və istedadlı reqbiçilərindən sayılır. Müsahibimiz vətənə təkcə idmançı kimi xidmət etməyib. 44 günlük Vətən Müharibəsinə qatılan qəhrəmanımız doğma torpaqlarımızın düşmən tapdağından azad olunmasında yaxından iştirak edib. Onunla söhbətimiz xeyli maraqlı alındı. Gənc idmançı ona ünvanladığımız sualları təvazökarlıqla cavabladı.

Vətən müharibəsinin idmançı qazisi: “Reqbi insanı möhkəmləndirir, komandada mübarizə aparmağı öyrədir”


- Nəzər bəy, əvvəlcə səni oxucularımıza daha yaxından tanıtmaq istərdik. Reqbiylə məşğul olmağa necə başladın? Ümumiyyətlə, reqbiyə maraq hardan yarandı? İlk məşqçin və klubun haqda bizə danışardın.
- Reqbidə ilk addımlarımı 2015-ci ildə atmışam. Bu oyunla məşğul olmağa “Qarabağ” Reqbi Klubunda başladım. Reqbiyə marağımın yaranmasında qardaşımın da böyük rolu oldu. O da komandaya yazılmamışdan əvvəl məşqlərə kənardan baxırmış, idmançıların hərəkətlərini maraqla izləyirmiş. Bir gün mənə də təklif etdi. Uşaq idik, heç reqbinin nə olduğunu da düz-əməlli bilmirdik. Amma digər uşaqlar kimi bizim də futbola həvəsimiz var idi, istəyirdik ki, futbolla məşğul olaq. Yəqin ki, həmin yaşda bütün uşaqların həvəsi bu cür olur. Reqbini izlədim, məndə böyük maraq yarandı. Sanki reqbi məni özünə cəlb etdi. Beləcə bu oyunun sehrinə düşdüm, “Qarabağ”ın məşqlərinə qatıldım. Məndə reqbiyə marağın yaranmasına əsas səbəb topun fərqli görünüşü oldu. Baxdım ki, reqbi topu futbol topundan fərqlidi. Bizdə maraq yarandı, məşq edənlərə yaxınlaşdıq. Bizə dedilər ki, məşq keçənlər “Qarabağ” Reqbi Klubudu, istəsək, məşqlərə qoşula bilərik. Beləcə reqbidə ilk addımlarımızı atmağa başladıq. İlk komandamız da elə “Qarabağ” oldu. Müəllimlərimiz Eldar Kərimov və Nizami Mahmudov idi. Onlar bizə yaxşı münasibət göstərirdilər, bizə çox şey öyrədirdilər. İndiyə kimi də onlardan öyrənirik. Mən hər ikisinin qarşısında baş əyirəm, çünki üzərimizdə böyük zəhmətləri var. Bizə təkcə idmanı yox, həyatda necə davranmağı, komandada birlik olmağı öyrədirdilər.



- Azərbaycanda reqbi o qədər də populyar deyil, uşaqlar daha çox fərdi idman növlərinə, yaxud da futbola yönəlir. Reqbiylə məşğul olmaq hansı baxımdan çətin, hansı baxımdan asandı?
- Bəli, ola bilsin, reqbi Azərbaycanda o qədər də populyar deyil. Çünki reqbi bir qədər fərqli idman növüdü. İndi bizdə insanlar daha çox futbola, boksa, güləşə maraq göstərirlər. Reqbi bir növ bütün idman növlərinin qarışığıdı. Reqbidə birlik, komanda oyunu, dirəniş göstərmək vacibdi. Reqbidə hansısa idmançı düşünə bilməz ki, mən təkbaşına mübarizə aparım, rəqibin üstünə gedib uğur qazanım. Bu baxımdan reqbi başqa idman növlərindən tam fərqlənir. Bütün bu fərqlilikləri reqbiylə məşğul olduqca öyrənirsən, öyrəndikcə də reqbini sevirsən. Bəlkə də indi adamlarda reqbiylə bağlı məlumat azdı, ona görə də reqbi onlara bir qədər yad idman növü kimi gəlir. İnşallah, zaman keçdikcə bu da aradan qalxacaq, reqbi daha çox tanınacaq və seviləcək. Biz də bunun üçün əlimizdən gələni edəcəyik. Reqbinin çətin tərəfi odu ki, zədələr olur, əzilmək-zədələnmək ehtimalı var. Futboldan fərqli burda özünəməxsus qaydalar var. Onlara əməl etməsən, zədələnə bilərsən. Asan tərəfi isə odu ki, reqbidə komanda şəklində mübarizə ön plandadı. Mehribançılıq və birlik olur. Hara gediriksə, komanda şəklində gedirik. Həm irəli, həm də geri. Topu qabağa verə bilməzsən. Bir sözlə, xeyli özünəməxsus qaydalar var.



- İndiyə qədər hansı uğurlara imza atmısan, ümumiyyətlə, beynəlxalq və yerli turnirlərin hansında iştirak etmisən?
- 2016-cı ildə Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq turnirin iştirakçısı olmuşam. Komandamız həmin turnirdə 2-ci yeri tutub. Bir il sonra isə Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə keçirilən turnirdə iştirak etmişəm. Bizim reqbi beynəlxalq yarışlara yeni addımlar atır. Əminəm ki, gələcəkdə daha böyük uğurlarımız olacaq.

- Məşqçiliyə başlamaq istəyin haqda da məlumat almışıq. Bu qərar hardan yarandı? Məşqçi kimi hansı planların var?
- Reqbiylə bir müddət vidalaşdım, 2020-ci ildə hərbi xidmətə yollandım. Üç ay idi ki, hərbi xidmətə yollanmışdım, Vətən Müharibəsi başladı. Məni də xüsusi təyinatlı qüvvələrə seçmişdilər. 44 günlük müharibədə sonadək iştirak etdim. Hərbi xidmətdən qayıdandan sonra reqbidən uzaqlaşmadım. Məşqçilik üçün tələb olunan 1-ci dərəcəli beynəlxalq sertifikatı da almışam. Artıq qərarımı vermişəm, məşqçi kimi fəaliyyət göstərməyə hazırlaşıram. Hansı komandanı çalışdaracağım hələ dəqiqləşməyib. Özümün məşqçi olmağa böyük həvəsim var idi. Müəllimlərim də mənə təklif etdilər, həvəslə razılaşdım. Onlar da dedilər ki, mən məşqçi kimi çalışmağa hazırlıqlıyam. Müəllimlərim bildirdilər ki, onlar da nə vaxtsa reqbiylə məşğul olublar, kimlərdənsə öyrəniblər. İndi də sıra bizim bildiklərimizi uşaqlara öyrətməyimizə gəlib. Əl-ələ verib, Azərbaycanda reqbinin inkişafına çalışacıq. Bunun üçün meydanda olduğu kimi komanda şəklində iş görməliyik. Bildiyini başqalarına öyrətmək çox gözəl işdi. Buna böyük həvəsim var. 2015-ci ildən bəri reqbinin içindəyəm. Mənim məşqçilərim mənə nə öyrədibsə, mən də onu uşaqlara öyrətməyə çalışacam.

- Son sualım reqbinin problemləri və onların həlli yolları ilə bağlı düşüncələrinlə bağlıdı. Hansı problemlər sizi narahat edir?
- Hər sahədə problem olanda onun çarəsini axtarırıq. Həyatda belədi. Reqbi də bizim həyatımızdı. Biz reqbini öz həyatımıza salmışıq. Bu idman növüylə yaşayırıq. Hansısa problemlərlə qarşılaşırıqsa, köməkləşib, komanda şəklində bu problemləri də həll edəcəyik. Problemlərdən qorxmaq lazım deyil. Mən hər kəsə səslənmək istəyirəm. Beş yaşından yuxarı hər kəs bu idman növüylə məşğul ola bilər. Reqbini sevmək lazımdı. Çünki reqbi insana komandada mübarizə aparmaq, möhkəmlənmək öyrədir. Mən özüm 44 günlük Vətən Müharibəsinin veteranıyam. Müharibədə reqbidə öyrəndiyim köməyimə gəlib. Reqbi məni möhkəmləndirmişdi. Ona görə də hamını reqbiylə məşğul olmağa çağırıram. Əminəm ki, problemlərin həllinə nail olub, Azərbaycanda reqbini yüksək səviyyəyə çatdıracaq, Azərbaycanı reqbi ölkəsi kimi dünyaya tanıdacağıq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

2-07-2023, 23:0

Nurlan Bəylərli: “Yaxşı reqbi oynamaq üçün düşünən beyin, qərar vermək qabiliyyəti vacibdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

29-01-2023, 23:0

Eldar Kərimov: “Bəxtimiz onda gətirib ki, Gürcüstan kimi Avropa və dünya reytinqində yüksək yer tutan ölkə ilə həmsərhədik” - LAYİHƏ

İdman / Layihə / Manşet

16-07-2023, 23:0

Polad Həsənov: “Azərbaycanda basketbola maraq hazırda yüksək səviyyədədi” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

Layihə

11-09-2022, 23:0

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi” – LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 246
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə