Sizin reklam burada

“Azərreyl”in saytı fəaliyyətə başladı

Baxış Sayı:1 638

“Azərreyl”in saytı fəaliyyətə başladı
Dünəndən etibarən “Azərreyl”in rəsmi saytı fəaliyyətə başlayıb. Dərnəgül Voleybol Mərkəzində baş tutan portalın təqdimatında klub rəhbərliyi və komanda üzvləri iştirak edib. Bu, “Azərreyl”in fəaliyyəti müddətində ilk rəsmi saytıdı. Portal ilk baxışdan cəlbedici görünsə də, üzərində çox iş görülməli, məlumat bazası zənginləşdirilməlidi. Komandanın heyətinin yerləşdirilməməsi əsas nöqsandı. Bundan başqa, klub prezidenti Elşən Əfəndiyev haqda heç bir informasiya verilmədiyi halda, vitse-prezident Vəsilə Abulovanın tərcümeyi-halı geniş təqdim olunub. “Haqqımızda” bölməsində idarə heyəti və texniki heyətin üzvləri ilə tanış olmaq mümkündü. “Azerrailvc.az” saytı hələ ki yalnız ana dilimizdə fəaliyyət göstərir. Klubun mətbuat katibi Təranə Cəfərovadan aldığımız məlumata görə, yaxın müddətdə portalın fəaliyyəti optimal vəziyyətə gətiriləcək və sayt standartlara cavab verəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR