Sizin reklam burada

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Baxış Sayı:601

Şəhriyar Məmmədyarovdan növbəti qələbə
Hollandiyanın Veyk-An-Zee şəhərində şahmat üzrə “Tata Steel” turniri həlledici mərhələyə qədəm qoyur. Çərşənbə axşamı 9-cu turun oyunları keçirilib. Şəhriyar Məmmədyarov (2804) ağ fiqurlarla Vladimir Kramnikə (Rusiya, 2787) qarşı oynayıb. Tərəflər 27-ci gedişdə heç-heçəyə razılaşıb. Vişvanatan Anand (Hindistan, 2767) – Maqnus Karlsen (Norveç, 2834), Qavleyn Cons (İngiltərə, 2640) – Yifan Hou (Çin, 2680), Uesli So (ABŞ, 2792) – Pyotr Svidler (Rusiya, 2768), Sergey Karyakin (Rusiya, 2753) – Yi Vey (Çin, 2743) və Fabiano Karuana (ABŞ, 2811) – Baskaran Adhiban (Hindistan, 2655) görüşündə də qalib müəyyənləşməyib. Yalnız Aniş Giri (Hollandiya, 2752) Maksim Matlakovu (Rusiya, 2718) üstələyib.
Dünən isə 10-cu tur geridə qalıb. “Qaralar”la oynayan həmyerlimiz aqressiv hücum üslubunda çıxış edərək 21-ci gedişdə Svidleri təslim olmağa məcbur edib. Beləliklə, sumqayıtlı qrossmeyster yenidən liderlər qrupuna yüksəlib. Giri – Karyakin, Vey – Karuana, Hou – Adhiban qarşılaşması heç-heçə başa çatıb. Karlsen Sounu, Kramnik Matlakovu, Anand isə Consu məğlub edib.
Xal durumu: Giri, Karlsen, MƏMMƏDYAROV – 7, Kramnik – 6,5, Anand – 6, So, Karyakin – 5,5, Svidler – 4,5, Vey, Cons, Matlakov, Karuana – 4, Adhiban – 3, Hou – 2.
Bu gün superturnirdə sonuncu istirahət günüdü. Sabah 11-ci turun partiyaları baş tutacaq: Anand - Hou, So - Cons, MƏMMƏDYAROV - Karlsen, Matlakov – Svidler, Karyakin - Kramnik, Karuana - Giri, Adhiban – Vey.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR