Sizin reklam burada

Mikayıl Nərimanoğlu Gəncədəki evini satır

Title
Mikayıl Nərimanoğlu Gəncədəki evini satır
“Sadıllıda 4 sot boş torpağın qiyməti elə 25-30 min manat civarındadı”
Son günlər saytlarda AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun Gəncədəki evinin satıldığı haqda xəbərlər yayılıb. Yazılanlara inansaq, maliyyə yeyintisi səbəbindən həm AFFA, həm də klubdakı işini itirən Mikayıl bəy şəhərin Sadıllı qəsəbəsindəki evinə 70 min manat qiymət qoyub.
Yazılanlara aydınlıq gətirmək üçün Gəncədəki mənbəmizlə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən, “Kəpəz” düşərgəsinə yaxın olan şəxs bunları söylədi: “Mikayıl bəyin evinin satışa çıxarıldığını mən də eşitmişəm. Açığı, evin satılması ilə bağlı hansısa elan rast gəlməmişəm. Ancaq alğı-satqı işləri ilə məşğul olan bir neçə nəfər var ki, onlar evin satıldığını söyləyiblər. Qiymət isə saytlarda yazıldığı kimi deyil. Sadıllıda 4 sot boş torpağın qiyməti elə 25-30 min manat civarındadı. Heç şübhəsiz, evlə bir yerdə qiymət daha baha olur. Məndə olan məlumata görə Mikayıl müəllimin evinin minimum qiyməti 100 min manatdı”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.