Sizin reklam burada

Kosovo ilə oyun ləğv olundu

Title
Kosovo ilə oyun ləğv olundu
Yığma fevralın 2-də Antalyada Kosovo ilə yoldaşlıq oyununda qüvvəsini sınamalıydı. Lakin həmin yoxlama matçı ləğv olunub. Səbəb yığmaların Millətlər Liqasında eyni qrupda yer almasıdı. Bununla bağlı hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub. Qeyd edək ki, daha öncədən həmin günə Gürcüstanla yoldaşlıq görüşü planlaşdırılmışdı. Ancaq gürcülərin Türkiyə toplanışı ləğv olundu və AFFA kosovolularla razılıq əldə etdi. Belə deyək, artıq ikinci dəfədi ki, Qurban Qurbanovun rəhbərliyi altında baş tutacaq toplanışın planı pozulur.
Bu arada 19 yaşadək futbolçulardan ibarət yığma Türkiyənin Antalya şəhərində yoldaşlıq oyunu keçirib. Kosovonun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan U-19 0:1 hesabı ilə məğlub olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.