“Xəzər” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Birinci divizionun debütantı Türkiyənin üçüncü dəstəsində mübarizə aparan “Kəmərspor”a qalib gəlib – 2:1. Ramil Həsənov dubla imza atıb.
“Xəzər”in ilk yoxlama oyununda Almaniya klubu “Vakker Nordhauzen”ə uduzduğunu (0:3) da xatırladaq.