Sizin reklam burada

Rəvan Əliyev liderliyini qorudu

Baxış Sayı:730

Rəvan Əliyev liderliyini qorudu
Şahmat üzrə ölkə çempionatı sona yaxınlaşır. Dünən 7-ci turun oyunları keçirilib. Turnir cədvəlinə başçılıq edən Rəvan Əliyev (2283) Məhəmməd Muradlıyla (2376) heç-heçə edib. Nail Bəşirli (2391) - Abdulla Qədimbəyli (2415), İsmayıl Şahəliyev (2404) - Kənan Qarayev (2260), Murad İbrahimli (2302) - Sadiq Məmmədov (2314) və Altay Eynullayev (2121) - Aydın Süleymanlı (2259) görüşləri də “sülh”lə yekunlaşıb. Yeganə xanım iştirakçı Gövhər Beydullayeva (2230) yarışın reytinq favoriti olsa da, çox zəif çıxış edən Vüqar Əsədliyə (2470) qalib gəlib. Elvin Bayramov (2180) Xəzər Babazadəni (2166), Əhməd Əhmədzadə (2297) Şəhriyar İsgəndərovu (2122), Read Səmədov (2007) isə Atilla Eynullayevi (2149) üstələyib.
Xal durumu: Əliyev – 5,5, Qədimbəyli, Bəşirli – 5, Muradlı, Bayramov – 4,5, Qarayev, Şahəliyev – 4, Babazadə, Al.Eynullayev, Beydullayeva, Məmmədov – 3,5, Əhmədzadə, İbrahimli, Süleymanlı – 3, Əsədli – 2,5, Səmədov, İsgəndərov – 2, At.Eynullayev – 1.
Bu gün 8-ci turun görüşləri baş tutacaq: Əliyev – Bayramov, Qədimbəyli – Şahəliyev, Qarayev – Bəşirli, Məmmədov – Muradlı, Babazadə - Al.Eynullayev, İsgəndərov – Beydullayeva, Süleymanlı – İbrahimli, At.Eynullayev – Əhmədzadə, Əsədli – Səmədov.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR