Sizin reklam burada

Polina derbidə sevindi

Baxış Sayı:641

Polina derbidə sevindi
Qadın voleybolçular arasında Türkiyə çempionatında 15-ci turun oyunları keçirilib. Bu tur gərgin mübarizə şəraitində keçən derbi ilə əlamətdar olub. “Fənərbaxça” çətinliklə də olsa, “Beşiktaş”a qalib gəlib – 3:2 (19:25, 25:21, 20:25, 25:23, 15:13). Polina Rəhimova 23 xalla qələbədə əsas pay sahibi olubsa, qarşı tərəfdə Marqarita Əzizova hesabına cəmi 2 xal yazıb. “Bəylikdüzü” isə evdə “Seramiksan”a tay-brekdə uduzub – 2:3 (25:22, 25:16, 18:25, 20:25, 12:15). Meydan sahiblərinin heyətində Yana Kulan 17 xala sevinib. Odina Bayramova ondan 1 xal az toplayıb. “Sarı-lacivərdlilər” 36 xalla ilk “3-lüy”ü qapayır. “Qartal” 16 xalla 8-ci pillədə qərarlaşıb. “Beşiktaş”dan 1 xal geri qalan “Seramiksan” 9-cu, 14 xalı olan “Bəylikdüzü” isə 10-cu yerdədi. Növbəti turda da “Fənər”i derbi gözləyir. Rəhimovanın komandası “Qalatasaray”ı qəbul edəcək. “Seramiksan” evdə “Beşiktaş”ı sınağa çəkəcək. “Bəylikdüzü” isə “Bursa BB”nin qonağı olacaq.
Rusiya çempionatında da 15-ci tur geridə qalıb. Kazan “Dinamo”su səfərdə Krasnodar “Dinamo”sunu darmadağın edib – 3:0 (25:15, 25:14, 25:17). Natalya Məmmədova 15 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Uğursuzluq sindromu yaşayan “Leninqradka” isə səfərdə “Saxalin”lə bacarmayıb – 0:3 (22:25, 18:25, 25:27). Kseniya Poznyakın qazancı 7 xal olub. Tatarıstan klubu 42 xalla vahid liderdi və ən yaxın izləyicisini 5 xal qabaqlayır. “Leninqradka” isə 15 xalla yeddincidi. Növbəti turda “Dinamo” Kazanda “Zareçye”, “Leninqradka” isə səfərdə “Proton”la münasibətləri aydınlaşdıracaq.
İtaliya çempionatının 16-cı turunda “Skandiççi” səfərdə “Filottrano”dan güclü olub – 3:1 (22:25, 25:18, 25:15, 25:17). Yelizaveta Səmədova yenə ehtiyatda qalıb. Əvvəlki kimi 36 xalla ilk “3-lüy”ü qapayan “Skandiççi” növbəti turda “Pesaro”nu qəbul edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR