Sizin reklam burada

DÇ-nin kuboku ölkəmizə gətiriləcək

Baxış Sayı:748

DÇ-nin kuboku ölkəmizə gətiriləcək
“Coca-Cola” şirkəti DÇ-nin kubokunu 4-cü dəfə dünya turuna götürəcək və onu azərbaycanlı azarkeşlərə göstərmək üçün fevralın 9-da Bakıya gətirəcək. Bu, “Coca-Cola”nın uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunacaq. Qeyd edək ki, bu hadisəni futbolun ən möhtəşəm rəmzini görmək və bunun sevincini yaşamaq üçün minlərlə azarkeşin həyatında yeganə fürsət kimi də dəyərləndirmək olar. Mundialın kuboku dünya turuna ötən ilin sentyabrında Rusiyada start verib və səfər altı qitədə 50-dən çox ölkəni əhatə edəcək, doqquz ay ərzində 126 min km yol qət edəcək. Ən ali mükafatın ölkəmizə çatacağı gün KİV nümayəndələri hava limanında mətbuat konfransında iştirak etmək üçün dəvət olunacaq və onlara mükafatı öz gözləri ilə görmək imkanı veriləcək. Sonra mükafat “Gənclik Mall” ticarət mərkəzinə gətiriləcək ki, burda şəhərin sakinləri və qonaqları dünya çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.
Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov belə dyeib: “Dünya kubokunu yaxından görmək, yəqin ki, istənilən futbol azarkeşinin ən böyük arzularından biridi. “Coca-Cola” şirkəti və FİFA kubokun dünya turunu təşkil etməklə dünyanın müxtəlif ölkələrindəki çoxsaylı azarkeşlərə böyük sevinc bəxş edir. Tədbirin Azərbaycanda da keçirilməsi futbolun təbliğı və azarkeş marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Biz çox şadıq ki, “Coca-Cola” şirkəti ilə AFFA arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlıq mövcuddu və inanırıq ki, birgə həyata keçirəcəyimiz layihələr hər zaman uğur qazanacaq”.
Onu da bildirək ki, DÇ-nin mükafatının əsli yarışın qalib komandasına təqdim olunur, lakin FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış 6,142 kiloqram ağırlığında olan mükafat Yer kürəsini öz üzərində saxlayan iki insan fiqurundan ibarət olan kompozisiyadan ibarətdi. Kubokun orijinal dizaynı 1974-cü ildə yaradılıb, dünyada ən məşhur və bahalı idman rəmzlərindən biridi və ona yalnız keçmiş qaliblər və dövlət başçılarından ibarət olan məhdud sayda insan toxuna bilər.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR