• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

81 yaşlı “Neftçi”yə daha bir hədiyyə - 8:1!

Premyer-liqa

24-01-2018, 12:0

81 yaşlı “Neftçi”yə daha bir hədiyyə - 8:1!
Rusiya çempionatının autsayderi bakılıları rəzil etdi
Yanvarın 5-də Bakıda bir araya gələn, paytaxtda olduğu müddətdə yoldaşlıq görüşündə “Keşlə”yə 1:2 hesabıyla uduzan “Neftçi” ayın 17-dən Antalyadadı. Tərlan Əhmədovun yetirmələri dünən Türkiyədəki sınaq matçlarına başladı. Kaş başlamazdı...
Ölkənin 81 yaşlı, ən köklü klubu Rusiya premyer-liqasının sonuncu pilləsində qərarlaşan “SKA-Xabarovsk”la oyunda 1:8 hesabıyla məğlub oldu. İndiyə qədər premyer-liqa klublarımızın Antalya tarixində belə faciəvi nəticə qeydə alınmamışdı. Yaxın keçmişə təsadüf edən buna bənzər hesab yaddaşlardan silinməyib ki, 2016-nın payızında premyer-liqa matçında “Qəbələ” “Neftçi”ni qapazaltı etmişdi – 8:0.
“Neftçi”nin daxilində ciddi çəkişmələrin olduğu sirr deyil. “Transfer pəncərəsi” açılandan əsəblər tarıma çəkilib. AFFA rəsmisi Riad Rəfiyevlə pul qazanmaqdan doymayan Kamil Məmmədovun “ağ-qaralar”a səviyyəsiz legionerləri “sırımaq” istəyinin nəticəsidi ki, rəhbərliklə baş məşqçi arasında soyuqluq yaranıb. Başlarını itiriblər, nə edəcəklərini bilmirlər. Düşərgəyə düz-əməlli futbolçular gəlmir. Təklif olunanlar da ucuzlardı, baha qiymətə. Kimsə “yoldaşlıq oyunlarda nəticə önəmli deyil-filan” deyib məlum yenilgiyə don geydirə bilməz. Nəticə önəmli deyilsə, rusların qapısına 8 qolu siz vurardız. Əl ətə çatmayanda, iz azdırmaq üçün oyunun statusunun ortaya atılmasının bəhanə olduğunu uşaq da bilir.
Bu və başqa problemlər heç bir halda “Neftçi”nin qapısında 8 qol görməsinə əsas vermir. Düzdü, Anton Krivotsyukla Elnur Cəfərov U-21-in düşərgəsindədi, Rəşad Sadiqov zədəsini müalicə etdirir, Hüqo Barqas getdi, yeni transfer Fransisko Qarsiya ideal formadan çox-çox uzaqdı. Bütün bunlar da bakılıların o şəkildə biabır olmasına əsas vermir.
Ruslara 1:8 hesabıyla uduzan, ilk yarıda qapısında 6 cavabsız top görən bakılıların start heyəti belə olub: Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Kiril Petrov, İlkin Qırtımov, Derlis Meza Kolli, Emin Mahmudov, Fransisko Qarsiya, Elnur Süleymanov, Rəhman Hacıyev, Mirabdulla Abbasov.
Heyətində ötən ilin yayında “Neftçi”dən ayrılan Georgi Novalovskinin də yer aldığı “SKA-Xabarovsk”un heyətində Vladislav Nikiforov (8, 17, 49) het-trik edib. Dmitri Kabutovla (2, 89) Artyom Samsonov (10, 20) dubla imza atıb. Daha bir qol müəllifi isə 37-ci dəqiqədə Nikolay Kalinski olub. Hesab 0:7 olanda, 85-ci dəqiqədə Mirabdulla Abbasov rəqib qapısına yol tapıb.
Bu oyunda Tərlan Əhmədov iki legioneri gözdən keçirib: ukraynalı İqor Sikorski və Roxdi Axente. İqor hücumda və yarımmüdafiənin sol cinahında çıxış etdiyi halda, Roxdi sol cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirə bilir. Baş məşqçinin onlar haqda yekun qərar verib-vermədiyini öyrənə bilmədik.
Məlum faciə ilə bağlı baş məşqçi Tərlan Əhmədovla aparıcı futbolçuların fikirlərini dinləmək maraqlı olardı. Lakin məğlubiyyətin səbəbkarlarının hansısa açıqlamasına rast gəlmədik. Telefon vasitəsilə əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı.
“Ağ-qaralar” növbəti yoldaşlıq oyununa yanvarın 25-də çıxacaq. Tərlan Əhmədovun yetirmələri həmin gün səhər saatlarında Rumıniya “Konkordiya”sı, axşam isə Bolqarıstan “Slaviya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Allah betərindən qorusun!
HƏBİB

Oxunub: 958
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

13-09-2021, 13:0

"Qəbələ"dən rekord

Aktual / Manşet

14-08-2021, 12:0

Premyer-liqa matçlarına azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlı qərar verildi - RƏSMİ

Premyer-liqa

15-03-2022, 11:0

Qol vurulmayan 500-cü görüş

Ölkə futbolu

26-01-2018, 23:0

“Neftçi”ni qapazaltı edirlər

Premyer-liqa

1-02-2018, 16:0

“Neftçi” sonuncu oyunda da “dizlərini yerə atdı”

Aktual
"Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı
"Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
"Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
Türkiyənin bu klubu almanlara satılacaq?
Son xəbərlər
  • Bu gün, 11:34
    Aynur Rzayeva bunu bacaran ilk azərbaycanlı qadın boksçu oldu
  • Bu gün, 11:13
    "Neftçi" - "Qəbələ" oyunu saat neçədədi?
  • Bu gün, 10:52
    Bosniya və Herseqovina Azərbaycana qarşı - YENİLƏNİR
  • Bu gün, 10:31
    Yarımfinala vəsiqəni təmin etdilər - Azərbaycan kuboku
  • Bu gün, 10:00
    Bu gün AÇ-2024-ün seçmə mərhələsi başlayır - YENİLƏNİR
  • Dünən, 23:50
    "Qarabağ"ın sağlamlıqla bağlı problemləri olan tək azarkeşi mən deyiləm" - Zəfər Hacılı
  • Dünən, 23:38
    Stadion İran – Rusiya qarşılaşmasına hazır deyil?
  • Dünən, 23:10
    Millimiz Qazaxıstanı məğlub etdi
  • Dünən, 22:56
    Oveçkin 140-cı dəfə hesabı açdı
  • Dünən, 22:35
    Baş məşqçidən "Ermənistan" - "Türkiyə" matçına görə azarkeşlərə xəbərdarlıq
  • Dünən, 22:11
    Əfsanə Bakıya gəlir
  • Dünən, 21:57
    Teytum “Boston”un 35 illik rekordunu təkrarladı
  • Dünən, 21:27
    BOK ruslarla belarusların taleyinə nə vaxt aydınlıq gətirəcək?
  • Dünən, 21:06
    "Barselona"dan qeyri-adi addım
  • Dünən, 20:52
    Marko “Mersedes”i titula iddialılar sırasında görmür
  • Dünən, 20:38
    Hüseyn Məhəmmədov fərqli düşünür
  • Dünən, 20:05
    Rusiya - İran qarşılaşması hansı kanalda yayınlanacaq?
  • Dünən, 19:54
    Neftçi"yə 7 futbolçu qoşulub
  • Dünən, 19:41
    MBA əfsanəsi dörd üzüyünü satıb
  • Dünən, 19:17
    Bu klub futbolçularına istirahət verilməyib - SƏBƏB
  • Dünən, 18:52
    Avropa Oyunlarında şahmat yarışları keçiriləcək
  • Dünən, 18:39
    Füri – Usik döyüşü ilə bağlı danışıqlar dalana dirənib - TƏHLİL
  • Dünən, 18:10
    "Zirə"nin əvəzediciləri ciddi problemlə üzləşib - AÇIQLAMA
  • Dünən, 17:57
    Oveçkinin şərəfinə mərasim olacaq
  • Dünən, 17:35
    "Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"
  • Dünən, 17:16
    ''Beşiktaş'' TFF ilə razılaşmayıb UEFA-ya müraciət edəcək
  • Dünən, 16:54
    "Kəpəz-2" məcbur qalıb - AÇIQLAMA
  • Dünən, 16:33
    Rəhbərlik Azər Mehdiyevin qarşısına hansı hədəfi qoyub?
  • Dünən, 16:17
    “Barselona”da iki itki
  • Dünən, 15:55
    Divizion təmsilçisi premyer-liqa klubu ilə yoxlama oyunu keçirəcək
  • Dünən, 15:35
    Milli komandanın düşərgəsini tərk etdi
  • Dünən, 15:10
    İki ildən sonra “Kristal Pelas”a qayıtdı
  • Dünən, 14:56
    “Araz-Naxçıvan”da nə baş verir? - AÇIQLAMA
  • Dünən, 14:38
    “Elçe” üçün 4-cü baş məşqçi
  • Dünən, 14:15
    Məşhur futbolçu yaşıl meydanı tərk etdi
Daha çox
Oxunub: 1 953
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 493
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 395
Rövnəq Abdullayev hər futbolçuya 1000 manat verib? - AÇIQLAMA
Oxunub: 394
"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası
Oxunub: 391
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Oxunub: 320
"Qarabağ" - "Qalatasaray" oyununa bilet satışı: 2 saata fantastik nəticə
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə