Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi

28.09.2023 10:31 203
Günün xəbəri
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları 2014-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.