Sizin reklam burada

Şaiq Həmidov ARMPK-dən uzaqlaşdırıldı

Baxış Sayı:899

Şaiq Həmidov ARMPK-dən uzaqlaşdırıldı
Yanvarın 19-da Milli Olimpiya Komitəsinin binasında Milli Paralimpiya Komitəsinin (ARMPK) ümumi yığıncağı keçirilib. ARMPK-nin 2017-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və cari məsələlər müzakirə olunub. Qurumun prezidenti İlqar Rəhimov müzakirə olunacaq məsələlər haqda yığıncaq nümayəndələrinə məlumat verib. Sonra qurumun birinci vitse-prezidenti Natiq Qasımov ARMPK-nin ötənilki fəaliyyəti və qarşıda duran vəzifələr haqda məruzə ilə çıxış edib. Daha sonra beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Mikayılovun qurumun Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqda məlumatı dinlənilib. Sonda təşkilatı məsələlərə baxılıb. Yığıncaqda komitənin baş katibi Şaiq Həmidov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad edilib. Kamal Məmmədov səs çoxluğu ilə ARMPK-nin baş katibi və İcraiyyə Komitəsinin üzvü seçilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR