Sizin reklam burada

Yunis Hüseynov Bakıdan Antalyaya maşınla gedib

Title
Yunis Hüseynov Bakıdan Antalyaya maşınla gedib
Dario Federiko “Kəpəz”ə qoşuldu
Dünyada o qədər adam var ki, təyyarəyə minməkdən qorxur. Məsələn, mənim üçün ən təhlükəli nəqliyyat vasitəsi gəmidi. Günlərini gəmidə keçirməkdən çəkinməyənlərdən fərqli, mən ona minməkdən ehtiyatlanıram, o ki qalmışdı saatlarla yol gedəsən. Hollandiya futbolunun canlı əfsanələrindən biri Denis Berqkampda isə təyyarə fobiyası vardı. “Arsenal”ın sabiq futbolçusu “uçan gəmi”dən yan gəzərdi. Komanda yoldaşları ölkədən-ölkəyə təyyarədə uçduğu halda, Berqkamp minlərlə kilometr yolu şəxsi avtomobili ilə qət edərdi. Azərbaycan futbolunda o şəxs Yunis Hüseynovdu.
Uzun illər futbol oynamış, saysız ölkələrdə olmuş Hüseynov havaya qalxmaqdan qorxur. Hətta PRO kateqoriyasını yeniləmək üçün Bakıdan Kiyevə qədər olan 2300 km-lik yolu qatarda getmişdi. Deyilənə görə, “Xəzər Lənkəran”da işlədiyi dövrdə də təyyarədən yan gəzirmiş. İmkan daxilində maşın, ya da qatarın xidmətindən yararlanırmış. Maraqlıdı ki, təcrübəli mütəxəssis Antalyaya da avtomobillə yollanıb. Bildiyiniz kimi, “Kəpəz” yanvarın 18-i səhər saatlarında ölkəni tərk edib, Bakı – İstanbul - Antalya reysi ilə qardaş ölkəyə yola düşmüşdü. Heyət üzvləri arasında baş məşqçi olmayıb. O, məlum problemə görə komandaya bir neçə saat sonra qoşulub.
Sonda Gəncə klubunun azarkeşlərinə bir şad xəbəri də çatdıraq. Yolu gözlənilən Dario Federiko artıq “Kəpəz”in düşərgəsindədi. Braziliyalı futbolçu dünən Yunis Hüseynovun rəhbərliyi altında ilk məşqə də çıxıb.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.