Sizin reklam burada

"Keşlə"nin yamaykalısı Bakıya gəldi, bu gecə Antalyaya gedir

Title
"Keşlə"nin yamaykalısı Bakıya gəldi, bu gecə Antalyaya gedir
Premyer-liqa klublarından hələ ki yalnız "Keşlə" Bakıdadı. Paytaxt təmsilçisi bu gecə Antalyaya yollanacaq. Dünən komanda üzvləri istirahət edib.
Bu arada "Keşlə" qış fasiləsində növbəti transferini reallaşdırıb. Bakılılar yamaykalı hücumçu Andre Klennonla anlaşıb. Ukraynalı baş məşqçi Yuri Maksimovun bəyəndiyi 28 yaşlı hücumçu artıq Bakıya gəlib və onunla 6 aylıq sözləşmə imzalanıb. Legioner son olaraq Finlandiyada VPS klubunda çıxış edərək 21 oyunda 4 qol vurmağı bacarıb. Klennon ölkəsinin milli komandasının da formasını geyib. O, 4 dəfə Yamayka yığmasının heyətində meydana çıxıb. Andrenin VPS-də komanda yoldaşı olmuş Qambiya millisinin futbolçusu Sohna Ebrihamıın keçidi isə Türkiyədə həll olunacaq. Belə ki, 29 yaşlı yarımmüdafiəçi "Keşlə"nin Antalyadakı təlim-məşq toplanışına gələcək.
Qeyd edək ki, Klennona qədər "Keşlə" qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev, yarımmüdafiçilər - argentinalı Pablo Podio, serbiyalı Nemanya Stoyanoviç, kamerunlu Herve Tçami və Vaqif Cavadovu sıralarına qatıb.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.