• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Vassura Fransa ilə oyunu həlledici sayır

22 yan, 18 - 21:40760

Vassura Fransa ilə oyunu həlledici sayır
“Alesio hər gün bizə videolar göndərir"
Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal yığmamız məşqləri davam etdirir. Şənbə günü bir məşq baş tutdu ki, komanda bütövlükdə taktiki yöndə çalışdı. Joze Alesio da Silva və yetirmələri əsasən müdafiədən hücuma sürətli keçid və standart vəziyyətlər üzərində işlədi. Qeyd edək ki, Tyaqo Teles hələ də komandadan ayrı çalışır. Bununla belə, yüngül zədəsi olan braziliyalı forvard isinməyə xidmət edən “kvadrat” məşqdə yoldaşlarına qoşuldu. O, Alesionun taktiki izahatları zamanı da lövhəyə yaxınlaşıb dinləyir, sadəcə, ikitərəfli oyunda iştirak etmirdi. Yığma üzvlərinin axşam məşqinin əvəzinə “Bayıl Arena”da Fransa ilə oyunun videoyazısını izləyib təhlil edəcəyini də öyrəndik.
Müşahidələrimizə əsasən futzalçıların həvəslə hazırlaşdıqlarını, AÇ-yə yaxşı kökləndiklərini deyə bilərik. Bu mənada braziliyalıların üzərinə daha çox yük düşür. Çox güman, İranla ilk qarşılaşmada Alesionun start “5-liy”i Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo, Qallo və Vassuradan ibarət olacaq. Sonuncu yaxşı formadadı. Hərçənd Birləşmiş Ərəb Əmirliklərinin “Əl Dafra” klubunda çıxış edən Vassura İran turnirində zəif təsir bağışlamışdı. Sən demə, bu, səbəbsiz deyilmiş. Braziliyalı AÇ ərəfəsində yığmanın düşərgəsindəki ab-havadan ağızdolusu danışdı.
- Millinin düşərgəsinə hamıdan gec qoşuldun. Səbəbini izah edə bilərsən?
- Çünki Dubayda çempionat davam edir və formasını geydiyim klubun oyunları var idi. Ona görə də qalmalı oldum və kömək etdim. Əslində hazırlıq FİFA-nın “pəncərə”sinə düşmədiyinə görə məni yenə buraxmaya bilərdilər, sadəcə, milli komandamıza hörmət əlaməti olaraq gəlməyimə icazə verdilər.
- Yəqin razılaşarsan ki, İrandakı turnirdə özünü heç də yaxşı tərəfdən göstərə bilmədin.
- Həqiqətən də problemlərim var idi. Klubum məni turnirə buraxmaq istəmirdi. Çünki oyunlarımız var idi. Buna görə də fikrim qarışıq idi, qarşılaşmalara köklənə bilmirdim. Ancaq indi vəziyyət fərqlidi. “Əl Dafra” məni könüllü yola saldı. Hər şey qaydasındadı, məşqlərdə də fəal iştirak edirəm.
- Axı, İran turniri ilə Avropa çempionatının statusu da eyni deyil...
- Əlbəttə, adi turnirlə rəsmi oyunları müqayisə etmək düzgün deyil. Amma belə turnirlərdə rəsmi yarışa nə qədər hazır olduğunu yoxlayırsan. İran turniri bizim üçün hazırlıq xarakteri daşıyırdı. Avropa çempionatı tam fərqli səviyyəyə malikdi. Adicə qrupumuza diqqət yetirin. Fransa millisi debütantdı, ancaq futzal ənənəsi olan, daim final mərhələsində iştirakına alışdığımız Xorvatiya kimi komandanı məyus etdilər. Bu onu göstərir ki, çox çalışmalıyıq. Xüsusilə də Fransa ilə oyun çox əhəmiyyətlidi. Biz bu rəqibi udmalıyıq ki, növbəti qarşılaşma haqda rahat düşünək.
- İspaniya başqa dünyadı?
- İspaniya haqda şərh vermək artıqdı. Qazandıqları titullar hər şeyi deyir. Ancaq onlarla sonuncu dəfə dünya çempionatının final mərhələsində oynadıq və 2:4 hesabı ilə uduzduq. Düzdü, həmin oyunu təəssüf hissi ilə xatırlayıram. Çünki mənim üçün uğursuz alındı. Belə ki, 2 avtoqolla yadda qaldım. Öz qapımıza vurduğum o qolları nəzərə almasaq, deməli, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb (gülür). Məncə, komandamız dünyada istənilən yığma ilə bərabər mübarizə aparacaq gücdədi.
- Düşərgədə ab-hava necədi?
- Əsasən taktiki planda çalışırıq. Alesio necə müdafiə olunmağımızı, eləcə də hücuma keçərkən nə etməli olduğumuzu izah edir. Hər şey yaxşıdı.
- Fransanın hansısa oyununun videoyazısına baxmısız?
- Təbii ki, baxmışıq. Alesio hər gün bizə videolar göndərir və qeyd edir ki, baxın, filan oyunçu necə driblinq edir, künc zərbəsi zamanı hansı “ev tapşırıqları”nı yerinə yetirirlər, autdan topu necə başlayırlar və s. Yəqin rəqibi ayrıca, komanda şəklində də təhlil edəcəyik. Alesio çox ağıllı məşqçidi. Bizi həmin oyunda nələrin gözlədiyini, eyni zamanda nələr edəcəyimizi bilirik.
- Sürprizlər hazırlamısız?
- Alesio olan yerdə hər zaman sürpriz olur. Bunu etmək lazımdı. Çünki çox ağır oyun olacaq. Bu qarşılaşmada qazanılacaq qələbə növbəti mərhələyə yüksəlmək baxımından çox suallara aydınlıq gətirəcək.
- Həftənin əvvəlində İranla iki oyun keçirəcəksiz və ümumiyyətlə, bu, bir ay ərzində onlarla üçüncü görüş olacaq. Çətin olmayacaq?
- Düzdü, çətin olacaq, çünki artıq bir-birimizi yaxşı tanıyırıq. İranla DÇ-də də qarşılaşmışdıq. Yoxlama oyunu olmasına baxmayaraq, bizə qələbə qazanmaq lazımdı. İran da güclü komandadı və onları yenmək asan olmayacaq. Asiyalılar 7-8 ildi bir yerdə oynayırlar. Açığı, bu matçlarda Fransaya qarşı oyunun prezentasiyasını edəcəyik. Görək, necə alınacaq.
- Dubayda vəziyyət necədi?
- Hər şey əladı. Yaradılan şəraitdən çox razıyam. Klub rəhbəliyinə gəlməyimə şərait yaratdığına görə təşəkkür edirəm. Çempionatda 9 komanda iştirak edir. Orda da futzalı inkişaf etdirməyə çalışırlar.
- Azərbaycan çempionatı ilə müqayisə edə bilərsən?
- Sözsüz, Azərbaycan çempionatı daha güclüdü. Yüksək liqada ən azı 4 komanda yaxşı vəziyyətdədi, qüvvələr nisbəti yaxındı. Bunu çempionatın oyunlarını izlədiyim üçün bilirəm. Oyunların canlı yayınlanmasının bu cəhəti çox yaxşıdı. Mümkün qədər "CBC Sport"la yayınlanan qarşılaşmalara baxıram və mübarizədən xəbərdaram. Orda da komandalar indi legionerləri dəvət edirlər. Əcnəbi futzalçıların gəlişi səviyyənin yüksəlməsinə təkan verəcək.
- Yenidən “Araz”a dönməyin mümkündü?
- Bunu mən yox, Allah bilir. Həyatda hər şey ola bilər. İndi bunu heç kim təklif etməyib, gələcəkdə necə olacağını isə zaman göstərəcək.
MİRAĞA

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Alesio son iki qarşılaşma üçün 16 futzalçı çağırdı
backend
Alesio yığmanın heyətini açıqladı
backend
Futzal yığmamız vahid lider oldu
backend
Alesio 20 futzalçının xidmətində maraqlıdı
backend
“Alesionun yoxluğu hiss olunmur”
backend
Alesio ilə yeni müqavilə bağlandı
backend
Yığmanın mundial arzusu “suya düşdü”
backend
Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı
backend
Dörd iranlı futzalçı “milliləşdirildi”
backend
Ruslara yenildilər, farslarla “sülh bağladılar”
backend
İkinci oyunda uduzdular
backend
Yığma serblərə qalib gəldi
backend
Alesio Vitali Borisovu yığmaya qaytardı
backend
Alesio braziliyalıları yığmaya qaytarır
backend
U-19-u Alesio müşayiət edəcək
backend
Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək
backend
İspaniyayla bacarmayıb, Portuqaliyaya rəqib olduq
backend
Alesio Fransadan qorxmur
backend
Namiq Məmmədkərimov təqvimi üstünlük sayır
backend
Yığmanın qol ümidi özünü hazır sayır
backend
Futzalçılarımız sabah Sloveniyaya yollanır
backend
Futzalçılarımız İrana yalnız bir oyunda müqavimət göstərə bildi
backend
Alesio İranla oyunun göstərilməsini istəmədi
backend
“CBC Sport” AÇ-nin bütün oyunlarını canlı yayınlayacaq!
backend
Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi
backend
Yığma bu gündən “Bayıl Arena”ya köçür
backend
Vitali Borisov məşqlərə qoşuldu
backend
Yığma yanvarın 28-də vətəni tərk edəcək
backend
“CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır
backend
Alesio AÇ üçün heyəti açıqladı
backend
Futzal millimiz “Bayıl Arena”da məskunlaşacaq
backend
Alesio millini yanvarda da bir araya gətirəcək
backend
Yığmanın heyəti açıqlandı
backend
Tyaqo: “İlk işimiz 1/4 finala yüksəlməkdi”
backend
Yığmamız İspaniya və Fransaya rəqib oldu
backend
“Araz”dan əzmkar qələbə
backend
Alesio Ramiz Çovdarovu yığmaya qaytarıb
backend
Alesio anasına görə dönüşünü yubatdı
backend
“Kayrat” Alesionun itkisiylə barışdı, Qazaxıstan Futzal Federasiyası isə susur
backend
Yığmada ikinci Alesio dönəmi başlayır

GÜNÜN XƏBƏRİ

backend
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş
26 may, 22 - 12:391 269

XƏBƏR LENTİ

Klublarımızın avrokubok oyunları üçün stadion seçimi - SİYAHI
22:0026 may
Leverkuzendə yeni müqavilə
21:3726 may
“Qarabağ” legioneri ilə müqavilə bağlayıb? – AÇIQLAMA
21:1726 may
Vanolinin aqibəti müəyyənləşdi
20:5426 may
Mbappe onu PSJ-yə gətirməyə çalışır
20:2126 may
Finalçılar Qəbələyə nə qədər azarkeş aparacaq? - AÇIQLAMALAR
20:0026 may
Rəmzi komandada iki PSJ, MS və “Liverpul”lu
19:3626 may
“Aftandil müəllimi "Səbail"in ayrılmaz, qızıl parçası sayırdıq”
19:2026 may
Çeferin ''Real''ın ittihamlarına cavab verdi
18:5526 may
“Sumqayıt” nəyi gözləyir?
18:3726 may
Salah ''Liverpul''da qalacaqmı?
18:1926 may
“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə vidalaşmasının - ŞOK SƏBƏBLƏRİ
18:0026 may
''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?
17:3426 may
"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ
17:3326 may
Elçin Məsiyevin dosyesi - ARAŞDIRMA
17:1326 may
Alonso qəti qərara gəldi
16:5826 may
"Mənim sayəmdə ölkəmdəki insanlar Azərbaycan haqda öyrənirlər" - MÜSAHİBƏ
16:3226 may
İdman jurnalistləri üçün şahmat turniri keçiriləcək
16:2526 may
Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi
16:1526 may
“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA
15:5726 may
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
15:4026 may
"Qarabağ" final matçı üçün Qəbələyə getdi - FOTOLAR
15:3726 may
"Vətən Müharibəsi" şəhidinin xatirəsinə şahmat turniri təşkil edildi
15:1426 may
Mourinyo avrokuboklarda “het-trik” etdi!
14:5926 may
“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI
14:3126 may
Bundesliqa klubunda yeni baş məşqçi
14:1226 may
Samir Abasovun taleyinə bu tarixdə aydınlıq gələcək - AÇIQLAMA
13:5626 may
Elxan Məmmədov Ukraynada
13:4526 may
Salah yeni mövsümə harda başlayacaq?
13:3326 may
“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ
13:1826 may
Kovaç yenidən bundesliqaya qayıtdı
12:5226 may
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş - AÇIQLAMA
12:3926 may
Klopp çempion ola bilməsə də...
12:1926 may
"Kəpəz" iş adamlarından dəstək istədi
11:4726 may
Benzema ən yaxşı seçildi
11:3126 may
Daha 4 karateçimiz mübarizəyə başlayır
11:1126 may
"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı
10:5526 may
Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı
10:3026 may
Argentina millisinin oyunu ləğv edildi
10:1126 may
"Qarabağ" Konfrans Liqasında bu göstərici ilə ikinci oldu
09:5026 may
"Meydana tarix yazmağa çıxdıq" - Mourinyo
09:3026 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə