Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess India” superturniri başa çatıb. Xatırladaq ki, iştirakçılar əvvəlcə sürətli şahmat üzrə bir dövrə keçirib, ardından blits üzrə iki dövrə oynayıb.
"Football-plus.az" xəbər verir ki, Blits turnirdə 18 mümkün xaldan 12-ni toplayan rusiyalı Aleksandr Qrişuk qalib gəlib.
Özbək qrossmeyster Nadirbəy Abdusəttarov ondan 1 xal geri qalıb, 3-cü yeri isə hindistanlı Rameşbani Praqnanandha tutub. Qalan iştirakçılar belə sıralanıb: 4. Arcun Eriqaysi (Hindistan) – 10,5; 5. Maksim Vaşye-Laqrav (Fransa) – 9,5; 6. Pentala Harişkrişna (Hindistan) – 8,5; 7. Santoş Vidit (Hindistan) – 8; 8. Domarracu Qukeş (Hindistan) – 7,5; 9. Vinsent Kaymer (Almaniya) – 6,5; 10. Teymur Rəcəbov – 5,5.