İran yığmamızla oyun üçün heyəti açıqladı
Məlum olduğu kimi, futzal yığmamız yanvarın 23-ü və 24-də Bakıda İranla iki yoxlama oyununda üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək və saat 21.00-də başlayacaq. Əvvəlcə AÇ-yə evsahibliyi edəcək Sloveniya ilə 2 yoxlama oyununda gücünü sınamağı planlaşdıran, ancaq bu ölkənin Tehrandakı səfirliyinin futzalçılara yanvarın 15-də təqdim etməli olduğu vizaları verməməsi səbəbindən bizimkilərin görüş təklifini dərhal qəbul edən İranın Bakıya səfər planı məlumdu. Çin Taypeyində təşkil olunacaq Asiya çempionatına hazırlaşan asiyalıların heyəti də açıqlanıb. Qonşularımız yığmamızla oyuna əsas heyətlə gəlir. Baş məşqçi Məhəmməd Nazomoşariya 14 futzalçıya dəvət göndərib: Əlirza Səmimi, Qüdrət Bahaduri, Əliəsgər Həsənzadə, Əhməd İsmailpur, Mehdi Cavid, Məhəmməd Şayari, Səid Əhmədabbasi, Sepehr Məhəmmədi, Hüseyn Tayebi, Həmid Əhmədi, Fərhad Təvəkküli, Mehran Əliqadir, Müslüm Oladqubad, Əbülhəsən Orayi.
Ümumiyyətlə , İranın nümayəndə heyətində 23 nəfər yer alır ki, 9-u məşqçi və texniki heyət üzvləridi. Rəqib Bakıya ayın 22-si gecəyarısı saat 03.20-də təşrif buyuracaq. Komanda “Olimpik Star”ın yaxınlığında yerləşən “Nyu Baku” otelində məskunlaşacaq. Həmin gün iranlılar saat 17-19 aralığında məşqə çıxacaqlar. Oyun günləri isə məşqlər səhər saat 10.00-12.00 aralığında nəzərdə tutulub. İran yığması yanvarın 25-i səhər saat 09.30-da geri dönəcək.

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər