Hazırlığı Antalyada davam etdirən 17 yaşadək qızlardan ibarət millimiz yoldaşlıq oyunu keçirib. Təmsilçimiz “Antalyaspor”un qızlardan ibarət U-19 komandası ilə qarşılıb və 3:2 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində Birgül Çelik dubl edib. Bir dəfə isə avtoqol qeydə alınıb.
U-19 da Antalyaya gedir
19 yaşadək futbolçulardan ibarət millinin hazırlıq planı və heyəti açıqlanıb. Vüqar Məmmədin baş məşqçisi olduğu yığma yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Komandamız hazırlıq dövründə üç yoxlama matçı keçirəcək. Yanvarın 24-ü və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, 30-da isə Rusiya “Krasnodar”ının əvəzedici komandası ilə yoldaşlıq oyunu razılaşdırılıb. Kosovo ilə qarşılaşmalar Bakı vaxtı ilə saat 19.00-da, sonuncu görüş isə 16.00-da başlayacaq. Toplanışda 24 futbolçu iştirak edəcək: Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Nicat Mehbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Ayxan Arazlı, Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmov (hamısı “Qəbələ”), Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Səbuhi Abdullazadə (Sumqayıt), Nail Alışov (Neftçi), Elnur Ibrahimov (“Spartak-2”, Moskva/Rusiya).