• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

1050 nəfərin könül verdiyi yığma... - KÖŞƏ

Yığma / Yazarlar

15-09-2023, 20:0

İordaniya ilə oyunu böyük məyusluq içində izlədim.

Bəlkə də ilk dəfə ekran önündə bu qədər darıxdım, bezdim yoruldum, yığmanın tənhalığı içində öz tənhalığımı da gördüm…

Ölkənin əsas komandasının oyununu gözdən-könüldən uzaq Mərdəkana salmaq, futbolçuları 900-1000 azarkeş önündə qaçmağa, ustalığını göstərmək avantüradı. İzaholunmaz və heç bir məntiqi olmayan avantüra! Yığma daim göz önündə, vitrində olmalı, oyunun paytaxtda və ya başqa şəhərdə keçirilməsindən asılı olmayaraq, çoxlu azarkeş önündə oynamalı, ən azı buna görə məsuliyyətini və cavahdehliyini, öhdəliklərini hiss etməlidi. Bir ölkənin əsas komandasını Mərdəkana “sürgün etmək” həm də onu toplumdan ayırmaq, həssas cənub mentallığında genetic kod rolunu oynayan bağları söküb atmaq və bəribaşdan uğursuzluğun əsaslarını hazırlamaqdı!

Bu lirik-sentimental ricətdən sonra srağagünkü oyununun məzmunu ilə bağlı danışmaq istəyirəm. Çox təəssüf ki, De Byazi komandaya lazımi motivasiyanı verə, Belçikalı ilə oyunun davamını gətirə bilmədi. Əlbəttə, bunun oyunların statusundan doğan məntiqi izahı var. Ancaq əsas səbəb budu? Məncə, yox. Baş məşqçi cari seçmə mərhələdən sonra yığmadan ayrılacağını bilir, indi özü də, futbolçular da ayrılıq ab-havasına girib. Nə italiyalı mütəxəssis hansısa yenilik göstərməyə can atır, nə də futbolçular buna ehtiyac duyurlar.

Lidersizlik məqamını dönə-dönə vurğulamışıq. Emin Mahmudov canlara dəyən oğlan və futbolçudu, fəqət çətin anlarda komandanı çiynində daşıyan, Rəşad Sadıqov kimi Miçelin meydanda butsunu bağlayan və ya səhv edən oyundaşına irad tutmağı bacaran lider deyil. Azərbyaycan kimi futbolçuların ustalıq səviyyəsi aşağı olan yığmalarda artıq başqa keyfiyyətlər – mübarizə əzmi, iradə, xarakter və s. önə çıxmalıdı ki, bunlar da ilk növbədə komandanın liderində olmalıdı. Emin Mahmudov bu rola uyğun gəlirmi? Başqa bir sualım da var: Ramil Şeydayevin yoxluğu niyə bu qədər çılpaq şəkildə hiss olundu? Niyə bir başqası onun kimi üstün keyfiyyətlər, fədakarlıq göstərmədi? Başqa bir sual: Belçika ilə oyunun qəhrəmanlarından olan Bəhlul Mustafazadə niyə bu dəfə uşaqcasına səhvə yol verdi? Və ya 4-cü sual: öz meydanında İordaniya ilə qarşılaşan komandanın çalışdırıcısı niyə yaradıcı Emin Mahmudovu dağıdıcı Rahil Məmmədovla əvəzlədi? Hesabı qorumaq üçünmü?

Təbii ki, De Byazinin oyunsonrası açıqlamalarını oxumuşam. Orda komandanın “şəkil dəyişikliyi” ilə bağlı heç bir məntiqli izah yoxdu. Belçika ilə oyunun yorğunluğunu, qazonun keyfiyyətini əsas gətirməkdən tutmuş heyətdəki müdafiəçilərin yaşını qabartmasına qədər. “Müdafiəçilər 97-98-ci il təvəllüdlüdü” deməyin mənası nədi ki? Həmin ildə doğulanların artıq 25-26 yaşı var. Məgər bu yaşda futbol oynamırlar?

Son vaxtlar ölkədə yığmaya cəlb olunan futbolçuların keyfiyyətin artması yönündə mülahizələr səslənir. Əlbəttə, bu fikrin yaşamaq haqqı var. Anton Krivotsyuk, Renat Dadaşov və Mahir Emreli legioner həyatı yaşayırdısa, bu yay Musa Qurbanlı, Coşqun Diniyev, Ramil Şeydayev və Şahruddin Məhəmmədəliyev də onlara qoşuldu. İndi De Byazinin sərəncamında yetərincə səviyyəli heyət, müxtəlif taktiki sxemləri sınamaq imkanı var. Amma bu seçmə mərhələ də boşa verilib. Formal baxımdam irəlidə 4 oyun, deməli, potensial 12 xal var. Təəssüf ki, bunun heç yarısını qazanacağımızla bağlı da inam yoxdu. De Byazi ilə futbol ictimaiyyəti arasında bağlar qopmuş kimi görünür. Artıq əksəriyyət bu məşqçi ilə yola davam etməyin mümkünsüzlüyünü anlayır. Ona görə ki, yerli-yersiz bəhanələrin qanadı altına sığınır, ona görə ki, mətbuat konfranları jurnalistlərə söz atmaq məclisinə çevrilib, ona görə ki, heç kim yığmanın gələcəyinə inanmır. Və nəhayət: yığmanı o qədər gözdən-nüfuzdan salıb ki, seçmə oyuna cəmi 4500, yoldaşlıq oyununa isə 1050 tamaşaçı gəlir. Bu artıq iflasdı – millətin yığmadan üz döndərməsinin ən parlaq sübutudu. Qətiyyən xoşagələn mənzərə deyil, amma belədi. De Byazi də, onu işə götürən AFFA da bu məqam üzərində ciddi şəkildə düşünməlidi. Yığma ətrafında nələrisə dəyişmək lazımdı. Amma nələri? Ehtiyac olsa, gələn sayların birində bu haqda da danışarıq.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

24-08-2023, 18:0

“Könül istəyərdi ki, ilk oyunu doğma publika önündə keçirək”

İdman

11-02-2023, 20:0

"Gəncə" ilk dəfə doğma azarkeşlər önündə qələbə qazandı

İdman

24-12-2022, 23:0

Türklər yunanlar önündə çətinlik çəkdi

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə