• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu dəfə Ramil Şeydayev kimi irəlidə qaçan, can qoyan futbolçu yox idi”

Yığma / Manşet

14-09-2023, 14:0

Yığma srağagün keçirdiyi son yoldaşlıq oyununda İordaniyaya qalib gəlsə də, azarkeşlərin zövqünü oxşamadı.

İstər oyun planında, istərsə də təhlükəli hücumların sayında rəqibdən üstün təsir bağışlamadıq. Kəsəsi, hesabdan başqa istənilən oyun komponentində axsadıq. Halbuki çoxları Belçika ilə oyunun davamını, böyükhesablı qələbə qazanacağımızı gözləyirdi. Görəsən, niyə belə olmadı:

Ağasəlim Mircavadov:

“Fikrimcə, rəsmi oyunlarla yoldaşlıq görüşlərini fərqləndirmək düz deyil. İstənilən halda, qələbə qələbədi. Həmçinin yoldaşlıq qarşılaşmalarında da futbolçuların sərgilədiyi oyun, assistləri, qol vurmaları onlarda özünəinam yaradır. Təbii ki, Belçika ilə matçda futbolçularımızda ruh yüksəkliyi, oyuna qoşulma, mübarizlik üstün idi. İordaniya ilə oyunda vəziyyət bir qədər fərqli oldu. Həmçinin baş məşqçi bəzi rotasiyalar etmişdi. Məsələn, bu dəfə Ramil Şeydayev kimi irəlidə qaçan, can qoyan futbolçu yox idi. Ümumi götürəndə yığmamızda inkişaf hiss olunur, amma çatışmazlıq da var. Orta sahə hələ arzulanan səviyyədə deyil. Canni De Byazi bu mövqedə eksperimental oyunçularla çıxdı. Belə ki, yarımmüdafiənin mərkəzində Coşqun – Emin - Aleksey “üçlüu”ünü gördük. Bu “üçlük” ilk dəfə birgə çıxış edirdi. Bu da, təbii ki, anlaşılmazlıqda özünü göstərdi. Əslinə qalsa, hər 3 oyunçu ayrılıqda yaxşı formadadı. Düzdü, Belçika ilə oyunda Coşqunun səhvi oldu. Amma belə götürəndə o, hazırda özünü inkişaf etdirir. İnanıram ki, Türkiyə 1-ci liqasında da özündən söz etdirəcək. Digər çatışmazlıq futbolçuların səhvlər etdikdə bir-birini “sığortalaya” bilməməsidi. Halbuki onlar ardıcıllıqla “sığotalanmağı” bacarmalıdı. Təbii ki, səhvsiz, xətasız futbolçu yoxdu. Amma səhvdən nəticə çıxarmağı və komanda yoldaşını “sığortalamağı” bacaramaq lazımdı. Düşünürəm ki, klublarımızda da bu sahədə iş aparılmalıdı. Mənə görə oyun planı nəticədən öncə gəlir. Futbol dahiləri yalan yerə deməyib ki, "oyun varsa, nəticə də gələcək". Odu ki, yuxarıda dediyim kimi, futbolçulara yoldaşlıq görüşü ilə rəsmi matçlara yanaşmada fərq qoymamaq da aşılanmalıdı. Hazıdda milliyə gənc oyunçular da cəlb olunub və bu gələcəyə nikbin baxmağa əsas verir".


Ceyhun Sultanov:

"Gəlin, Belçika ilə İordaniya millilərini tərəzinin eyni gözünə qoymayaq. Təbii ki, birincilərlə oyun futbolçularda motivasiya, mübarizlik, xal qoparmaq istəyini alovlandırırdı. Elə Belçika yığmasının adı istər-istəməz rəqiblərə əlavə motivasiya verir. Odu ki, millimiz avropalılara qarşı daha yaxşı hazırlaşmış, ruh yüksəkliyi ilə çıxmışdı. Belə olmasaydı, meydanda daha böyük hesabla uduzardıq. Amma İordaniya yığması ilə matç heç bir əhəmiyət daşımırdı. Qələbə, sadəcə, reytinq xalı qazanmaq üçün idi. Odu ki, Belçikanın adı motivasya idisə, İordaniya, sadəcə, formallıq idi. Oyun planında zəifliyin başqa səbəbi birbaşa baş məşqçi amiliylə bağldı. Hazırkı futbolçularımızla daha da irəli getmək olar. Amma italiyalı bunu bacarmır. Çox güman, millimizdə yerli baş məşqçi olsaydı, hər dəfə ən azı Belçikaya qarşı sərgilədiyimiz oyun olar, daha çox xal yığardıq. Təbii ki, Avstriya və İsveçi səfərdə udmağı nəzərdə tutmuram. Amma bu qədər qollar buraxmaqla qrupun dibində olmayacaqdıq".


Zaur Həşimov:

"Yığmanın ifasında iki fərqli oyun izlədik. Belçika ilə matç daha vacib hesab olunurdu. Həmin gün pis təsir bağışlamadıq. Oyunçularımız bir daha potensiallarının yüksək olduğunu göstərdilər. Məğlub olsaq da, millimiz xarakter göstərdi, sona qədər döyüşdülər. Amma İordaniya ilə görüşdə darıxdırıcılıq və zəif motivasiya gördük. Adətən, rəsmi oyunda məğlub olan komandanı yoldaşlıq görüşünə kökləmək çətin olur. Nəzərə alaq ki, yığmamız Belçika ilə oyunda çox güc sərf etdi. İordaniya qarşısına yorğun çıxmışdıq. Ona görə də rəqib daha baxımlı oyun sərgilədi. Zəif çıxış etsək də, qələbə qazandıq. Təbii ki, nəticə oyuna görə olmadı. Ümumi götürəndə hər iki oyun sübut etdi ki, milimizə yeni nəfəs lazımdı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-10-2022, 11:0

Ramil Şeydayev üçün 2 qat əlamətdar oyun

Yığma / Manşet

11-09-2023, 20:0

"FIFA reytinqində 89-cu pillədədilər, bizdən 40 pillə irəlidə"

Ölkə futbolu

20-02-2023, 14:0

Şeydayev 6-cı uğursuzdu, Andrade 7-ci qolunu vurdu

Yığma / Manşet

12-09-2023, 21:0

Millimiz İordaniyanı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

8-08-2022, 11:0

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • 4-08-2026, 22:0
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • 4-08-2026, 22:0
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə