Sizin reklam burada

Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...”

Baxış Sayı:867

Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...”
“Turan Tovuz” bu gün başlayır
Elita təmsilçiləri kimi birinci divizion klubları da fasilə dönəmində hazırlıqlarını davam etdirir. Qarşılarına böyük məqsədlər qoyan, iddialılar sırasında yer alanlar yanvarın 5-dən təlim-məşq toplanışına start verib, yoldaşlıq görüşlərində qüvvələrini sınayırlarsa, ötən mövsüm birinci dəstədə çempionluğu bayram edən “Turan Tovuz”dan səs-soraq yoxdu. Komandanın təcrübəli oyunçularından Ruslan Tağızadənin “Kəpəz”də baxışda olması, bəzi futbolçuların özlərinə yeni klub axtarışına çıxması futbol ictimaiyyyəti arasında qərb təmsilçisi ilə bağlı bədbin fikirlər formalaşdırır.
“Turan Tovuz”un düşərgəsində nələrin yaşandığını bilmək üçün komandanın baş məşqçisi Əsgər Abdullayevi aradıq. Bizimlə danışarkən Kürdəmirdə oldğunu bildirən mütəxəssis axşam saatlarında Tovuza çatacağını, bundan sonra komandanın bir araya gələcəyini söylədi: “Yerli futbolçular artıq fərdi qaydada məşqlərə başlayıblar. Sabahdan (bu gündən) isə komanda şəklində hazırlığa start veriləcək. Hələ ki yoldaşlıq oyunlarıyla bağlı hər hansı komanda ilə razılığa gəlməmişik. Yəqin ki, ən azı birhəftəlik məşqlərdən sonra bu yöndə axtarışlara çıxacağıq. Kollektivdən ayrılanlara gəlincə, Ruslan Tağızadə premyer-liqada oynamaq istədiyini bildirdi və onunla yolları ayırdıq. Allah eləsin, istəyinə çatsın. Elitada özünə klub tapmasa belə, onunla birdəfəlik vidalaşmışıq. Digər oyunçularla bağlı son durum bəlli deyil. Özləri ilə görüşüb danışdıqdan sonra bu məsələ haqda dəqiq məlumat verə bilərəm”.
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib. Toplantıda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub. İrəli sürülən təkliflər arasında sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress-ekspres), “iyyət” şəkilçisinin yazıda “iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində “ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb. Bundan başqa, bəzi sözlərin yazılış qaydasında da dəyişikliklərin olacağı bildirilib. Məsələn, Əsgər adı yeni qaydalara görə artıq “g” yox, “k” ilə yazılacaq. Bəs görəsən, Əsgər Abdullayev yeniliyə necə münasibət göstərir? Mütəxəssis sualı eşidib bir qədər fikrə getdi, müəyyən aradan sonra bunları söylədi: “Adda hərfin dəyişməsi qorxulu deyil, əsas odu ki, insan özü dəyişməsin. Bu yaşa qədər bütün sənədlərdə Əsgər yazılıb, qulağım da buna öyrəşib. İndi birdən-birə Əskər deyilsə, mənə qəribə gələr. Ancaq dilçi alimlər belə məsləhət bilirlərsə, buna əməl etməliyik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR