Futzal üzrə ikinci liqada 13-cü tura yekun vurulub. İlk oyun günü nominal qonaqların diqtəsi ilə keçib. Belə ki, 4 görüşdən 3-də səfər komandaları güclü olub. Lider "Obolon" böyükhesablı qələbə qazanıb. Ən yaxın izləyicisi “Bədr Xocalı" da büdrəməyib.
İkinci oyun günündə isə əksinə, nominal meydan sahibləri qələbələri sıralayıb. “İçəri Şəhər”lə oyunda qələbə qazanan “Avanqard” turnir cədvəlində geri qaldığı rəqibi ilə xal fərqini 2-yə endirib. “Baku Fire-2” isə növbəti 3 xalı əldə etməklə turnir cədvəlindəki mövqeyini nisbətən yaxşılaşdırıb.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Baker Hughes - Obolon 1:8
Bədr Xocalı - Ulduz 5:3
Advokat - VİP FK 3:10
LSS – Gənclik İK 9:2
Dalğa - Metropoliten 4:1
Avanqard - İçəri Şəhər 5:2
Təbriz - Rezident.az 7:4
Baku Fire-2 – Hövsan 9:5
1. Obolon 13 12 1 0 87-18 37
2. VİP FK 13 11 0 2 71-28 33
3. Bədr Xocalı 13 10 0 3 79-36 30
4. LSS 13 9 1 3 68-37 28
5. Baku Fire-2 13 8 1 4 68-31 25
6. İçəri Şəhər 13 8 1 4 81-57 25
7. Avanqard 13 7 2 4 76-39 23
8. Təbriz 13 7 2 4 84-54 23
9. Rezident.az 13 7 0 6 67-65 21
10. Hövsan 13 6 2 5 71-69 20
11. Dalğa 13 5 3 5 47-38 18
12. Gənclik 13 4 0 9 42-81 12
13. Ulduz 13 2 1 10 49-104 7
14. Baker Hughes 13 0 1 12 25-94 1
15. Metropoliten 13 0 1 12 39-103 1
16. Advokat 13 0 1 12 19-119 1