Dünən AFFA-nın inzibati binasında qeydiyyat prosesində fəal iştirak edən könüllülərə müvafiq sertifikatlar təqdim olunub. Könüllülər assosiasiyanın təşkilatçılığı ilə Sumqayıtda D lisenziyalı məşqçi kurslarının təşkil olunduğu məktəblərdə futbol oynayan şagirdlərin qeydiyyat prosesində fəallıq göstəriblər. Sertifikatları Kütləvi Futbol departamentinin rəhbəri Cahangir Həsənzadə təqdim edib.