• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Namiq Allahverdiyev: “Uşaq futbolu təməldi, onu düzgün qurmadınsa...” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

10-09-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

“Vətən” futbol məktəbinin uşaq futbolundakı xidmətlərini danmaq mümkün deyil. Uzun müddətdi ki, bu futbol məktəbi neçə-neçə istedadın üzə çıxmasına, futbolun sirlərini öyrənməsinə vasitəçilik edir. Bu məktəbdə çalışan bacarıqlı mütəxəssislərdən biri də Namiq Allahverdiyevdi. Onunla söhbətdə bir çox maraqlı məqama toxunmuşuq.

- Namiq bəy, sizi oxucularımıza daha yaxından tanıtdırmaq istərdik. Futbolda ilk addımlarınızı necə atdız, futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız? Hansı klublarda oynamısız?
- 1981-ci ildə Bakıda dünyaya göz açmışam, 1998-ci ildə orta məktəbi bitirmişəm. Elə həmin il də Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşam. Bir növ bütün həyatım idmanın, futbolun içində keçib. Futbola da uşaqlıqdan sevgim olub. Bakıda “Spartak” cəmiyyəti var idi. Sonradan Respublika Olimpiya Gənclər İdman Məktəbi adlandı. Orda məşqçi kimi çalışan Yuri Nikiforov məni həyətdə futbol oynayanda görmüşdü. Valideynlərimin vasitəsiylə mənə xəbər yolladı, məşqlərə çağırdı. Mən də bu dəvəti qəbul etdim və futbol məşqlərinə yollandım. Özümü sınamağa başladım, fikrimcə, uğurlu alındı. Amma Yuri Nikiforov tezliklə Rusiyaya köçdü, onunla az məşq etdim. O gedəndən sonra Canbaxış müəllimin məşqlərinə qatıldım. Çox gözəl insan idi, bütün uşaqlara öz övladı kimi yanaşırdı. Hazırda da işləyir. Ondan çox şey öyrənmişik. İdman Akademiyasına qəbul olunanda “Qarabağ”ın əvəzedici heyətinə qədər yüksəlmişdim. Sonra bir müddət “Xəzər Universiteti” komandasında oynadım. Ali məktəbi bitirəndən sonra əsgərlik dönəmi başladı. Həmin vaxt MOİK-ə getdim. Ora gedəndə ayağımda zədə vardı. Zaman-zaman bu zədə özünü göstərirdi. MOİK-dən sonra “Ədliyyə”də də bir müddət çıxış etdim. Amma zədə karyeramı davam etdirməyə imkan vermədi. Çox tez, cəmi 25 yaşımda karyeramı bitirməli oldum. Baxdım ki, zədə oynamağıma imkan vermir. Beləcə karyeramı yekunlaşdırdım.

Namiq Allahverdiyev: “Uşaq futbolu təməldi, onu düzgün qurmadınsa...” – LAYİHƏ


- Bəs məşqçi olmağa necə qərar verdiz? Məşqçi kimi fəaliyyətinizə nəzər salanda hansı məqamları bizimlə bölüşmək istərdiz?
- Sözün düzü, futbolçu olanda məşqçi olmaqla bağlı nəsə düşünmürdüm. Amma zədə səbəbindən futbolu erkən buraxmağa məcbur qalınca bir müddət düşündüm. Fikirləşdim ki, futbola böyük marağım var, futbolu çox sevirəm. Buna görə də futboldan uzaqlaşmamağa qərar verdim. Özüm oynaya bilməsəm də, futbolçu olmaq istəyən uşaqlara nəsə öyrətməyə, onlara dəstək verməyə çalışdım. Əvvəlcə bir qədər çətin idi. Amma peşəmi ürəkdən sevdiyimə görə çətinliklərə sinə gərdim. Məşqçilik həyatımda yaddaqalan məqamlar çoxdu. Çempionluqlar, qələbələr də var, məğlubiyyətlər də. Məşqçi həyatı belədi. Udursan da, uduzursan da. 2005-ci ildə “Vətən” Futbol Məktəbində çalışmağa başladım. Rəşad Əliyev vardı, məndən əvvəl işləyirdi. Əvvəlcə məni onun yanına köməkçi kimi göndərmişdilər. İlk çalışdığım uşaqlar 1992/93-cü il təvvəllüdlülər idi. O uşaqların arasında Ağabala Ramazanov da var idi, hazırda “Səbail”in formasını geyinir. Rəşad Əliyevlə indi də birlikdə çalışırıq. AFFA-nın təşkil etdiyi C lisenziyası verən kursları uğurla bitirdim, kateqoriya aldım. Ondan sonra B kateqoriyasına da yiyələndim. Hazırda da “Vətən” Futbol Məktəbində fəaliyyətimi davam etdirirəm. Artıq xeyli müddətdi burda çalışıram, işimi də ürəkdən sevirəm. Hər bir işdə uğur qazanmaq üçün o işi sevmək lazımdı, belədə uğur da qazanacaqsan.



- “Vətən” Futbol Məktəbində hansı komandaları çalışdırırsız? Məşqçi kimi hansı uğurlarınızı qeyd etmək olar?
- Hazırda U-10 komandasını çalışdırıtam. 2014-cü il təvvəllüdlü uşaqlar. Amma sözsüz, ötən illər ərzində müxtəlif yaş qrupları ilə çalışmışam, müxtəlif uğurlar qazanmışıq. Çempionluqlar, medallar olub. Bakı birinciliyində mükafatçı olmuşuq, respublika çempionatında U-13 komandasıyla ikinci yeri tutmuşuq. 2011-ci il təvvəllüdlü uşaqlarla Azərbaycan çempionatında gümüş medallar qazanmışıq. 2003-cü il təvvüllüdlü uşaqlarla isə Azərbaycan çempionu olmuşuq, U-15 liqasında. Bu illər ərzində ən böyük məqsədimiz Azərbaycan futboluna xidmət etmək, futbolumuzun gələcəyi üçün futbolçular hazırlamaq olub.

- Namiq bəy, uşaq futbolu ən ağrılı yerlərimizdən biridi. Özünüz də bu yolları keçmisiz. Keçmişlə indiki dövrü müqayisə edəndə hansı fərqləri görürsüz, nələr dəyişib?
- Bəli, uşaq futbolunda problemlər çoxdu. Ağrılı yer ifadəsi də tam yerinə düşür. Uşaq futbolu təməldi. Bu təməli düzgün qurmadınsa, ev də gec-tez çökəcək. Başqa cür mümkün deyil. Ona görə də diqqətli olmaq lazımdı. Çox incə bir məqamdı, bütün detallara fikir vermək vacibdi. Təməl sağlam olmasa, nəticələr də yaxşı olmur. Keçmişdə biz bir geyimi, ayaqqabını güclə tapırdıq. Ayaqqabı, forma tapmaq olmurdu. Bəzən ayaqqabımız cırılırdı, gedib yamaq vurdururduq, yenidən onu geyirdik. Nəsə tapmaq çox çətin idi. İndi şərait çox dəyişib. Geyimdə, ayaqqabıda heç bir problem yoxdu. Heç valideynin axtarmağına ehtiyac qalmır, klublar çempionatda oynayan uşaqları özləri təmin edirlər. O cümlədən də biz, “Vətən” Futbol Məktəbi. Amma dəyişikliklər təkcə bununla bitmir. Meydançaların sayı azdı. Xüsusən də uşaqlar üçün. Mən məhlədə futbol oynamışam, məni ordan seçiblər. Məhlə futbolu uşaqlar üçün sərbəstlik deməkdi. Uşaqlar özünü orda məşqçisiz göstərir, öz bildiyini edir. İndi həyətlərlə meydança qalmayıb. Bu mənada “Vətən” Futbol Məktəbinin rəhbərliyinə minnətdarlıq etmək lazımdı ki, uşaqlar üçün normal meydançalar yaradıb, inventarlarla təmin edib. Top nə idi ki, biz əvvəllər onu tapa bilmirdik? İndiki uşaqlar isə belə şeylərin problem olduğunu hiss etmirlər. Yeganə məsələ meydançalarla bağlıdı. Kaş ki, akademiyalar inkişaf etsin, meydanların sayı çoxalsın. Biz də gedək uşaqları ordan seçək.



- Bu sahədə dəyişməyən problemlərdən biri məşqçilərin tez-tez gileyləndiyi valideynlərlə münasibətdi. Valideynlər öz uşaqlarını daha güclü, istedadlı sayır, övladlarının daim oynamasını, bir növ “irəli çəkilməsini” arzulayır. Siz necə, valideynlərin məşqlərə müdaxiləsiylə qarşılaşmısızmı? Qarşılamısızsa, onlarla münasibətləri necə qurursuz?
- Valideyn məsələləri ağrılı yerimizdi. Hər kəs öz uşağını daha güclü, daha yaxşı sayır. Amma bu idmandı. İdmanda rəqabət var, çalışmalısan ki, o rəqabətdən qalib çıxasan. Təbii ki, aşağı yaş qruplarında bu problem o qədər də hiss edilmir. Hazırda xal sistemi də yoxdu. Məşqçilər hamıya şans verir. Amma sonradan xal sistemi başlayınca məşqçilər istəyir ki, daha yaxşı olan oynasın. Müəyyən məşqçilərdən şikayətlər eşitmişəm. Hər kəs istəyir ki, onun uşağı oynasın. İndi kommersiya xarakterli futbol məktəblərinin də sayı artıb. Bir də görürsən ki, heç futbola aidiyyatı olmayan adam bir məktəb açıb, meydança kirayələyir və başlayır uşaqlara futbol öyrətməyə. Ordakı məşqlərdə topu uşaqların qarşısına atırlar, vəssalam. Onu görən valideynlər də sonradan bəzi problemlərlə qarşılaşırlar. Valideyn başa düşməlidi ki, onun uşağı bu komandada rəqabətdə qalib gəlib, komandaya düşə bilmirsə, dünyanın sonu deyil. Başqa komandada şansı yoxlamaq olar. Sözsüz, bütün valideynlərə aid deyil. Hər bir müəllim istəyir ki, ən yaxşılar meydanda olsun. Anormal olar ki, müəllim yaxşını saxlaya, zəif futbolçunu oynada. Olur ki, uşaq istedadlıdı, amma komandada az vaxt qazanır. Ona görə də valideynə məsləhət görürük ki, başqa futbol məktəbinə yönəlsin. Bir də oyun vaxtı kənardan göstəriş verən valideynlər olur. Uşaq bilmir ki, valideynə qulaq assın, yoxsa müəllimə. Belə problemlər uşağa mənfi təsir göstərir, uşaq inkişafdan qalır. Bütün valideynlər belə deyil, məsləhətə qulaq asanlar, başa düşənlər var. Amma problem ümumilikdə qalır. Bəzən belə incikliklər yaranır. Elə bir sistem düşünmək lazımdı ki, belə problemlər mimimuma ensin.

- Son sualımız təhsillə bağlıdı. Futbolçu üçün təhsil nə dərəcədə önəmlidi? Təhsillə futbolu bir arada necə yürütmək olar?
- Mən o fikirlə razı deyiləm ki, uşaq futbolla məşğul olursa, dərslərdən geri qalmalıdı. Təhsil mütləq olmalıdı. Səhər-axşam məşq edib, təhsili bir kənara buraxmaq düzgün deyil. Savad mütləq şəkildə olmalıdı. Futbola gedən uşaq da dərsini oxumağa çatdıra bilər. Uşaq aşağı yaş qruplarında həftədə üç dəfə məşqə gəlir. Məşq də 1,5 saatlıq zamanı əhatə edir. Qalan vaxtda təhsilə vaxt ayırmaq heç də mümkünsüz deyil. Nümunələr də çoxdu. Məndə uşaqlar olub ki, valideyni şikayət edib. Deyib ki, uşaq səhərdən axşama kimi topun arxasınca qaçır, dərsini oxumur. Həmin uşağı çağırıb, demişəm ki, dərsini oxumasan, valideynlərin səni futbol məşqlərindən çıxaracaq. Dərhal da uşaq düşünüb, qərar verib. Sonra valideynlər sevinə-sevinə özləri gəliblər, təşəkkür ediblər. Bildiriblər ki, uşaqda müsbət dəyişikliklər var, artıq dərslərini də yaxşılaşdırıb. Futbol elə bir oyundu ki, daim zədə almaq təhlükəsi yaşayırsan. Necə ki, mənim başıma gəldi, 25 yaşımda karyeramı bitirdim. Mən vaxtında ali məktəbə qəbul olunmasaydım, kursları uğurla bitirməsəydim, heç məşqçilik edə bilməzdim. Bu nümunəni bütün uşaqlara göstərirəm. Müəyyən məqamda futboldan uzaq qalmayıb, məşqçilik etmək üçün belə təhsil lazımdı. Ona görə də futbolla yanaşı, uşaqlar təhsilə də önəm verməlidilər.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

25-06-2023, 23:0

Vüqar Əsgərli: “Azərbaycanlı futbolçularının əsas problemi...” - LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

17-07-2022, 22:0

“Valideynlər arasında məşqçi-müəllimlərin işinə müdaxilə edənlərin sayı hədsiz çoxdu” - LAYİHƏ

Aktual
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Son xəbərlər
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
  • Dünən, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Dünən, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Dünən, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 423
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 188
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə