UEFA-nın sentyabrın 3-6-sı aralığında İsveçrənin Nyon şəhərində Elit və 1-ci kateqoriyalı FİFA hakimləri üçün payız toplanışı təşkil edəcəyini xəbər vermişdik.
Tədbirdə Elit kateqoriyalı hakimlər və 1-ci kateqoriyaya malik olanların bir qrupu iştirak edəcəkdi. FİFA hakimi Əliyar Ağayev də “football-plus.az”a açıqlamasında Nyona dəvət edildiyini demişdi.
Görəsən, toplanış necə keçib? Təcrübəli referi sınaqların öhdəsindən gələ bilib?mi Bu sualları Əliyar Ağayevə ünvanladıq. Hakim artıq Azərbaycana qayıtdığını və hər şeyin yaxşı olduğunu dedi: