Sizin reklam burada

Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq

Müəllif: football Tarix: 19-01-2018, 18:32 867 Baxış
Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq
İran çempionatında 20-ci tura start verilib. “Traktorsazi” evdə “Saypa”ya uduzub – 1:2. Mehdi Turabi 63-cü dəqiqədə qonaqları sevindirib. 7 dəqiqə sonra Məhəmməd İranpuryan “status-kvo”nu bərpa etsə də, 75-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən Turabi komandasına səfər qələbəsi qazandırıb. Bu mövsüm daha yaxşı çıxış edən “Göstəriş Fulad” isə Tehranın “Azadi” stadionunda son çempion və hazırda böyük fərqlə turnir cədvəlinə başçılıq edən “Persepolis”ə çətin anlar yaşadıb. Belə ki, 74-cü dəqiqədə komanda yoldaşının ara ötürməsi ilə qapıçıyla duelə çıxan İsmayıl Fərhadi təbrizliləri hesabda önə çıxarıb. Ancaq qarşılaşmaya əlavə olunmuş 5-ci dəqiqədə Siamak Neməti qarşısıalınmaz zərbəylə komandasını məğlubiyyətdən xilas edib. 87-ci dəqiqədən “poladçılar”ın azlıqda oynadığını da qeyd edək. Əziz Məbudi hakimə sərt etiraz etdiyi üçün 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. “Göstəriş Fulad” 28 xalla 8-ci, həmşəhərlilərindən 7 xal geri qalan “qurdlar” isə 11-ci pillədə qərarlaşıb. Növbəti turda “poladçılar” Təbrizdə “Neft Tehran”ı sınağa çəkəcəksə, “qırmızı-ağlar” autsayder “Meşki Puşan”ın qonağı olacaq.
Bu arada “Traktorsazi” yeni baş məşqçisinə qovuşub. Təbriz klubu yenidən ilk danışıq apardığı mütəxəssis üzərində dayanıb. Beləliklə, “qurdlar”ın yeni çalışdırıcısı “Bursaspor”a tarixində ilk və hələ ki yeganə Türkiyə çempionluğunu yaşadan Ərtoğrul Sağlamla anlaşıb. Türkiyə mətbuatının yazdığına inansaq, müqavilənin müddəti mövsümün sonuna qədərdi. “Anadolu” agentliyinə açıqlama verən mütəxəssis bunları deyib: “Bu axşam İrana gedirəm. Sabah orda son görüşümüz olacaq. Hər hansı problem çıxmasa, komandanın baş məşqçisi olacam. Ümid edirəm ki, həm mənim, həm də “Traktorsazi” üçün xeyirli əməkdaşlıq olar”.
SƏRXAN
SON XƏBƏRLƏR