Hollandiyanın Veyk-An-Zee şəhərində şahmat üzrə “Tata Steel” turnirində daha iki tur geridə qalıb. Çərşənbə axşamı 4-cü turun oyunları keçirilib. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov (2804) 35-ci gedişdə Sergey Karyakinlə (Rusiya, 2753) heç-heçə edib. Aniş Giri (Hollandiya, 2752) - Maqnus Karlsen (Norveç, 2834), Baskaran Adhiban (Hindistan, 2655) - Vişvanatan Anand (Hindistan, 2767), Fabiano Karuana (ABŞ, 2811) – Uesli So (ABŞ, 2792) görüşlərində də qalib müəyyənləşməyib. Maksim Matlakov (Rusiya, 2718) Yifan Houya (Çin, 2680), Vladimir Kramnik (Rusiya, 2787) Pyotr Svidlerə (Rusiya, 2768), Yi Vey (Çin, 2743) isə Qaveyn Consa (İngiltərə, 2640) qalib gəlib.
Dünən isə 5-ci tur geridə qalıb. Bu dəfə “ağlar”la oynayan Məmmədyarov dünya reytinqində ondan bir pillə öndə olan Karuana ilə qarşılaşıb. Şəhriyar 43-cü gedişdə ABŞ yığmasının üzvü üzərində qələbəsini rəsmiləşdirərək liderlər qrupuna yüksəlib. So Adhibanı, Svidler isə Hounu üstələyib. Cons – Giri, Matlakov – Karyakin, Anand – Vey, Karlsen – Kramnik partiyası “sülh”lə yekunlaşıb.
Xal durumu: Giri, Anand, MƏMMƏDYAROV – 3,5, Kramnik, Karlsen, So – 3, Vey, Karyakin, Cons, Matlakov, Svidler – 2,5, Karuana – 1,5, Adhiban – 1, Hou – 0,5.
Bu gün superturnirdə istirahət günüdü. Sabah 6-cı turun görüşləri baş tutacaq: Hou - Karyakin, Karuana - Matlakov, Adhiban - MƏMMƏDYAROV, Vey - So, Giri - Anand, Kramnik - Cons, Svidler – Karlsen.