“Keşlə”nin məşqçilər korpusunda dəyişiklik edilib. Paytaxt təmsilçisi yeni çalışdırıcı ilə güclənib. Belə ki, klubla Sergey Revut arasında müqavilə imzalanıb. Ukraynalı mütəxəssis həmyerlisi, baş məşqçi Yuri Maksimovun köməkçisi vəzifəsində çalışacaq.
Bu arada təlim-məşq toplanışını davam etdirən “Keşlə” yeni transferlərini təqdim edib. Klubun rəsmi saytı bu haqda bilgini mediaya çatdırıb. Paytaxt təmsilçisi 5 futbolçu ilə müqavilə bağladığını rəsmən açıqlayıb. Bunlar Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio və Herve Tçamidi. Yalnız sonuncu 1 illik sazişə qol çəkib. Qalan 4 futbolçunun anlaşma müddəti isə cari mövsümün sonuna qədərdi.