Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət yığma yoldaşlıq oyununda qüvvəsini sınayıb. Təmsilçimiz “Antalyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Yoxlma matçı millinin 6:1 hesablı qələbəsiylə bitib. Birgül Çelikin het-trik etdiyi oyunda yığmanın digər qollarını Nigar Mirzəliyeva, Ümnisə Əliyeva və Anna Abulaşvili vurub.