• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi

Aktual

16-01-2018, 16:0

Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi
“Ehtiyac olan kimi Çingiz müəllim Müşahidə Şurasını bir araya gətirəcək”
Son illər uğursuzluq yaşayan “Neftçi” yavaş-yavaş özünə gəlməyə başlayıb. Elxan Abdullayevin istefasından sonra baş məşqçi postuna gətirilən Tərlan Əhmədov komandanı dirçəltməyi bacardı. Hazırda “ağ-qaralar” Avroliqaya vəsiqə uğrunda mübarizədən “qopmayıb”, həmçinin kubokda yarımfinala vəsiqə qazanıb. Əslində uğursuzluqlar sıralananda əsas tənqid hədəfi kim Müşahidə Şurası göstərilirdi ki, bu da səbəbsiz deyildi. Kluba rəhbərlik edən qurumda futboldan kənar adamların yer alması belə düşünməyə əsas verirdi. Ancaq sonradan “Neftçi”də struktur dəyişikliyi gerçəkləşdi və icra funksiyası prezidentə həvalə olundu. Bununla da şura sanki “kölgəyə çəkildi”. Hazırda klubda əsas işi icra orqanı həyata keçirir. Dünən Müşahidə Şurasında yer alan, futbolla birbaşa bağlılığı olan yeganə şəxs - Səməd Qurbanov ilə söhbətləşməyi lazım bildik. Futbolçu kimi “Jiquli” ləqəbi ilə tanınan Qurbanov bizi maraqlandıran suallara cavab verməkdən imtina etmədi.
- Öncə mövsümün ilk yarısını dəyərləndirməyinizi istərdik. “Neftçi”də baş məşqçi dəyişikliyi baş verdi və Tərlan Əhmədovun rəhbərliyi altında komanda daha yaxşı təsir bağışlayır. Nəticələr sizi qane etdi?
- Qeyd etdiyiniz kimi, Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi”də fərq hiss olundu. Komanda hücumameyilli futbol sərgiləyir. Bunun nəticəsidi ki, qollar vurur, nəticələr qazanır. Artıq yavaş-yavaş “Neftçi” əvvəlki vəziyyətinə qayıdır, daha yaxşı komandaya çevrilir. Uşaqlar bir-birini yaxşı başa düşürlər. Hiss olunur ki, heyətdə liderlər var. Qurulan hücumlar daha düşünülmüş xarakter daşıyır. Qolları ağıllı kombinasiyaların məhsulu kimi də qiymətləndirmək olar.
- “Neftçi”nin bu mövsüm Avroliqaya vəsiqə qazanacağı nə dərəcə realdı? Sizcə, bu hədəf çətin olmayacaq?
- Düşünürəm ki, “Neftçi” avrokuboklara vəsiqə qazanacaq. Sadəcə, bu tempi qorumaq lazımdı. Fasilədən maksimum yararlanmaq və mövsümün ikinci yarısına yüksək səviyyədə hazırlaşmaq şərtdi. Bütün bunların fonunda məqsədə çatmaq olar. Fikrimcə, heyətdə yaxşı futbolçular yer alıb. Öz bacarıqlarını göstərə bilirlər, komanda oyunu var. Yəqin ki, bu cür də davam edərlər. Odu ki, Avroliqaya vəsiqəni əldə etməyin çətin olmayacağı qənaətindəyəm. Hər şey yaxşı olacaq.
- Kubokda “Neftçi” yarımfinala adladı, ən çətin rəqiblərdən sayılan “Zirə”ni yolundan kənarlaşdırdı. Bunu gözləyirdiz? Özü də kubokda son üç mövsümün qalibi olan “Qarabağ” da mübarizəni dayandırıb. Titul həsrətinin bitəcəyinə inanırsız?
- Elə əsas ümidim ikinci “cəbhə”yədi. Kubok bizim olacaq. Deyərdim ki, 99 faiz buna əminəm.
- Ancaq nəzərə alaq ki, yarımfinalda “Qəbələ” ilə qarşılaşacaqsız. Bölgə təmsilçisi də kuboka sahib çıxmaq üçün əlindən gələni edəcək.
- Biz “Qəbələ” ilə kubokda həmişə yaxşı oynamışıq. Əsas problem “Qarabağ” idi. Bu komanda ilə oyunumuz alınmırdı. Elə iki dəfə finalda məğlub olmuşuq. Ötən mövsüm isə yarımfinalda məhz “Qarabağ” səddinə “ilişdik”. Ancaq “Qəbələ” ilə başabaş mübarizə aparırıq. Yadınızdadısa, 2015/16 mövsümünün yarımfinalında məhz bu komandanı keçdik. Allahın köməyi ilə bu dəfə də əlimizdən gələni edib, üstün olacağıq.
- Hazırda qış fasiləsidi və “Neftçi” də başqa klublar kimi mövsümün ikinci yarısına hazırlaşır. Ümumiyyətlə, komanda ilə yaxından maraqlanırsız? Hazırlıq, transfer çalışmaları haqda nə deyə bilərsiz?
- Təbii, əlaqəmiz var. Hiss olunur ki, komanda qarşısına ciddi məqsəd qoyub.
- “Neftçi”nin Antalya toplanışında iştirak edəcəksiz?
- Özümü yaxşı hiss etsəm, gedəcəm.
- Sanki Müşahidə Şurası kölgəyə çəkilib. Bu strukturdakı dəyişikliklə bağlıdı, yoxsa bilmədiyimiz başqa səbəb var?
- Çingiz Abdullayev yenə də öz vəzifəsindədi, Müşahidə Şurasına rəhbərlik edir. Ancaq klubda prezident və vitse-prezident var. Səlahiyyət onlara verilib. Cavan kadrlardı, sağ olsunlar, işləyirlər. Biz də Müşahidə Şurası olaraq, nəzarət edirik. Bu məsələdə heç bir problem yoxdu.
- Şura üzvlərinin bir araya gəlməsi nəzərdə tutulub?
- Lazım olsa, yığışmaqda problem görmürəm. Lakin dediyim kimi, tam səlahiyyət icra orqanına verilib. Hansısa fikir ayrılığından söhbət gedə bilməz. Ehtiyac olan kimi Çingiz müəllim Müşahidə Şurasını bir araya gətirəcək.
- Belə deyək, bu iki struktur bir-biri ilə əlaqəli işləyir? Yəni prezident Müşahidə Şurasının fikirlərini qəbul edir?
- Əlbəttə. Çingiz müəllim tez-tez əlaqə saxlayır, maraqlanır.
FARİZ

Oxunub: 1 300
Paylaş:
Digər xəbərlər

Yazarlar

3-06-2018, 11:0

Elxan Məmmədovun yolu

Premyer-liqa / Manşet

24-11-2021, 20:0

“Neftçi”nin Müşahidə Şurası Samir Abasovu dəstəklədi

Premyer-liqa

18-12-2021, 23:0

Samir Abasov "Neftçi"dən göndərilir? - AÇIQLAMA

Aktual / Manşet

7-12-2021, 15:0

“Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək - AÇIQLAMA

Premyer-liqa

26-11-2021, 13:0

“Neftçi”nin Müşahidə Şurası Samir Abasova niyə şans verdi? - AÇIQLAMA

Aktual / Ölkə futbolu

14-01-2022, 15:0

“Azərenerji” hansı köklü klubu himayəsinə götürəcək? - AÇIQLAMA

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Dünən, 23:54
    “Saatlı bomba” işə başladı! - TƏHLİL
  • Dünən, 23:46
    “Fənərbaxça”nı seçmədim, çünki “Qalatasaray”a söz vermişdim”
  • Dünən, 23:30
    Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?
  • Dünən, 23:15
    “Qalatasaray” Bakıda gördüklərindən sonra TFF-yə üz tutacaq
  • Dünən, 22:51
    Pirlo “Yuventus”a qayıtmağın əleyhinə deyil
  • Dünən, 22:49
    Messi yığmada 100 qol vuran 3-cü futbolçu oldu - ŞƏRH
  • Dünən, 22:30
    Semih Şəntürk Arda Gülər haqda nə dedi?
  • Dünən, 22:15
    “Trabzonspor” yeni prezidentini və məşqçisini seçdi - ŞƏRH
  • Dünən, 22:07
    “Sabah”da yeni tərəfdaş
  • Dünən, 21:51
    Usik Füridən əlini üzdü, başqası ilə danışığa başladı
  • Dünən, 21:30
    Rusiyalı tennisçi daha Fransanı təmsil etmək istəyir
  • Dünən, 21:11
    Marko müstəqil adam kimi qalmaq istəyir
  • Dünən, 20:52
    MBA-da həftənin ən yaxşılarının adları bəlli oldu
  • Dünən, 20:31
    Ağabala Ramazanov: "Mən və komanda yoldaşlarım buna inanırıq"
  • Dünən, 20:15
    Millimiz Avropa çempionatına Polşada hazırlaşır
  • Dünən, 19:51
    Maşallah Əhmədov: “Bəlkə atasına görə Musaya qarşı belə münasibət gösrərirlər?”
  • Dünən, 19:30
    “Miluoki” ardıcıl 5-ci dəfə divizion lideri oldu!
  • Dünən, 19:15
    7 oyunluq qələbə seriyasına son qoyuldu
  • Dünən, 18:54
    Kvaratsxeliyadan rekord
  • Dünən, 18:25
    1-ci divizionda 22-ci tura yekun vuruldu - YENİLƏNİB
  • Dünən, 17:11
    Birinci divizion, 23-cü turun oyun cədvəli
  • Dünən, 16:50
    Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu
  • Dünən, 16:29
    Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - "Böyük dəbilqə"
  • Dünən, 16:08
    Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmayacaq?
  • Dünən, 15:57
    Polşadakı beynəlxalq turnirə qatılacaq gimnastlarımız bəlli oldu
  • Dünən, 15:26
    Mourinyo “Roma”dan gedəcək?
  • Dünən, 15:05
    Premyer-liqada işləmək istəyir
  • Dünən, 14:54
    “Real”ı tərk etmək istəyir
  • Dünən, 14:33
    Növbəti oyunda iştirak edə bilər
  • Dünən, 14:02
    “Milan” ilə yenidən anlaşdı
  • Dünən, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Dünən, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Dünən, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
  • Dünən, 12:48
    Joze Alesio Da Silva: “8 ildi eyni problemlərdən danışırıq”
  • Dünən, 12:27
    Modriç türkiyəli fanatlara təşəkkür etdi - FOTO
Daha çox
Oxunub: 5 567
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 789
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 889
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 837
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Oxunub: 720
"Qarabağ" - "Qalatasaray" oyununa gələcək azarkeşlərin nəzərinə!
Oxunub: 720
Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə