• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Güləş Federasiyasının rəsmisi: "bölgələrdə kütləvilik artdıqca keyfiyyət də artacaq" - LAYİHƏ

İdman / Layihə / Manşet

27-08-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz də idmana yaxın şəxsdi. Amma əvvəlki müsahiblərimizdən fərqli o bilavasitə idmançı və ya məşqçi deyil. Növbəti həmsöhbətimiz uzun illər idman mətbuatında çalışmış, hazırda isə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi olan Sərxan Musalıdı. Onunla Azərbaycan güləşinin hazırkı vəziyyəti, perspektivi və infrastrukturu ilə bağlı söhbətləşmişik.

- Sərxan bəy, ilk sualımız Azərbaycanda güləşin hazırkı vəziyyətiylə bağlıdı. Bir federasiya rəsmisi kimi güləşimizin hazırkı vəziyyətini necə dəyərləndirərdiz? Kütləvilik, yeniyetmə və gənclərin güləşə marağı hansı səviyyədədi?
- Öz növbəmdə sözə güləşə göstərdiyiniz diqqətə görə təşəkkür etməklə başlamaq istəyirəm. Bilirəm ki, daim bizim mütəxəssis və idmançılarımızı diqqət mərkəzində saxlayırsız, güləşin təbliği sahəsində çalışırsız. Güləşimizin hazırkı vəziyyətini yaxşı qiymətləndirə bilərəm. Düzdü, müəyyən bir zaman kəsiyi oldu ki, Azərbaycan Güləş Federasiyası maliyyə çətinliyi ilə üzləşdi. Amma 2021-ci ildə federasiyada keçirilən prezident seçkisindən sonra maliyyə vəziyyətimiz yaxşılığa doğru dəyişdi. Maddi-texniki təminatla bağlı hazırda heç bir problem yaşamırıq. Yığma komandalarımız hər cür şəraitlə təmin olunub. Həm ölkə daxilində, həm də xaricdə təlim-məşq toplanışları keçirilir. Bu da məşqçilərin seçimindən asılıdı. Heç bir məhdudiyyət qoyulmayıb. İdmançılarımız yarışlarda müntəzəm iştirak edirlər. Əvvəlki illərdən fərqli U-15 komandamızın da xaricdə toplanışları təşkil edilir. Bu komandamızın hətta Avropa çempionatında tam heyətlə iştirakı təmin olunub. Çünki həmin yaş qrupu üzrə yığmaya böyük önəm verilir. Həmin komanda bir növ gələcəyə yatırımdı. Ordakı idmançılarımız Azərbaycan güləşinin gələcəyi sayılır. Gələcəkdə Azərbaycan idmanını Olimpiadada məhz bu güləşçilər təmsil edəcəklər. Ümumi götürəndə yeniyetmə və gənclərə Güləş Federasiyası tərəfindən yetərincə diqqət ayrılır, bu sahədə hansısa problemdən söhbət gedə bilməz.

- İnfrastrukturla bağlı vəziyyət nə yerdədi? Hansı idman qurğuları güləşçilərimizin ixtiyarına verilib? Yaxın perspektivdə bu istiqamətdə hansısa yeniliklər gözlənilirmi?
- Güləş Federasiyasının təlim-məşq bazası yüksək səviyyədədi. Orda idmançılar üçün bütün şərait yaradılıb. Təsadüfi deyil ki, bir çox ölkələr Azərbaycanda təlim-məşq toplanışı keçməyə üstünlük verir, bizim bazamıza gəlirlər. Hazırda da bir sıra ölkələrin yığmaları Azərbaycanda səfərdədi. Bu da onu göstərir ki, bizdəki şərait xaricdəki yığmaları da qane edir. Ancaq klub və ya idman cəmiyyətləri səviyyəsində bunu demək mümkün deyil. Təəssüf ki, bir sıra zallarda şərait istənilən səviyyədə deyil. Hətta bir sıra zalların xalça örtükləri istismar müddətini başa vurub, standartlara uyğun deyil. Bəli, bir sıra problemlər var. Amma bu infrastruktur məsələsi elədi ki, onu tam federasiyanın büdcəsi hesabına həll etmək çətin məsələdi. Güləş Federasiyasının büdcəsi əsasən milli komandaların saxlanmasına, yarışlara göndərilməsinə, eləcə də ölkə daxilində müəyyən yarışların təşkilinə, federasiyanın özünün cari xərclərinə sərf edilir. Bu büdcədən müəyyən miqdarda vəsait qalanda onu həmin zalların təmirinə yönəldirik. Belə təmir işləri nəzərdə tutulur. Yaxın vaxtlarda məşhur bir idman cəmiyyətinin zalının təmirinə başlayacaq. Hələlik ad açıqlamaq istəmirəm. Gələcəkdə növbə ilə digər zalların da təmir olunmasına çalışılacaq. Xüsusən də ənənələri olan, yəni güləşçilər yetişdirən məktəbləri, idman cəmiyyətlərini xüsusi diqqətdə saxlayırıq. Çalışırıq ki, onları inventarlarla da təmin edək.

Güləş Federasiyasının rəsmisi: "bölgələrdə kütləvilik artdıqca keyfiyyət də artacaq"


- Bir qədər də bölgələrdən danışaq. Hazırda Azərbaycan Güləş Federasiyası bölgələrlə işini necə qurur? Bölgələrdə infrastruktur və kütləviliklə bağlı çətinliklə qarşılaşırsızmı?
- Az əvvəl qeyd etdiyim kimi, infrastrukturla bağlı müəyyən çətinliklər olur. Xüsusən də bölgələrdə. Bildiyiniz kimi, Gənclər və İdman Nazirliyinin yerli bölmələri artıq hər rayonda olmur, regionlar üzrə fəaliyyət göstərir. Biz də işimizi buna uyğun qururuq. Regionlarda nümayəndəliklərin formalaşdırılmasına başlamışıq. Bundan sonra işimiz daha da əlaqəli olacaq, bölgələrdən daha dolğun informasiyalar alacağıq, məşqçiləri diqqət mərkəzində saxlamağımız da asanlaşacaq. Xüsusən də bölgələrdəki məşqçilər üçün xüsusi seminarlar keçirməyə planlaşdırırıq ki, onların da bilik və bacarığı yüksəlsin, onlar müasir yeniliklərdən xəbərdar olsunlar. Bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək.

- Yəqin ki, federasiyanın nəzarətdə saxladığı, perspektivinə ümidlər bəslədiyimiz güləşçilərimiz var. Bu siyahıda kimlər yer alır? Onları qarşıda hansı yarışlar gözləyir?
- Bəli, belə güləşçilərimizin sayı yetərincədi. Həm yeniyetmələr, həm də gənclər arasında yetərincə belə idmançılarımız var. Həmin güləşçilər xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Belə güləşçilərimiz kifayət qədərdi. Ona görə də bir federasiya rəsmisi kimi ad çəkmək istəmirəm. Kimisə unudaram, bu da diqqətsizlik kimi qəbul olunar. Ümid edirik ki, onların bir qismi Parisdə, digər qismi də Los-Ancelesdə keçiriləcək Olimpiadada sözünü deyəcək, federasiyanın çəkdiyi zəhməti boşa verməyəcəklər.

- “Milliləşdirməyə” başqa idman növlərində olduğu kimi, güləşdə də rast gəlinir. Güləşdə bununla bağlı vəziyyət nə yerdədi? Yaxın gələcəkdə, ümumiyyətlə, “milliləşdirmədən” imtina etməyimiz mümkündümü?
- Günümüzün reallığı odu ki, “milliləşdirmə” idmanın bütün sahələrində var. 2004-cü ildən bəri “milliləşdirmə” geniş vüsət almışdı. Güləşdə də belə olub. Hazırda əvvəlki illərə baxanda sayda azalma var. Qeyd edim ki, Gənclər və İdman Nazirliyi də federasiyalara tövsiyə edir ki, bu sayın azaldılmasına çalışılsın. Sıradan idmançıları “milliləşdirməyin” hamı əleyhinədi. Yerli idmançıyla eyni səviyyədə olan əcnəbinin “milliləşdirilməsinə” nə ehtiyac var? Gəlmə idmançı yerlilərdən azı ikibaş üstün olmalıdı. Belədə yerli idmançı da onunla rəqabətdə “artıra” bilər. Eyni səviyyəli iki idmançı bir-biriylə rəqabət də apara bilmir. Ümumiyyətlə, hansı çəki dərəcəsində ki, yetərincə yerli idmançı var, o çəki dərəcəsinə əcnəbi güləşçi dəvət etmirik. Hacı Əliyevin çıxış etdiyi 65 kq çəki dərəcəyini deyə bilərəm. Bundan başqa, 57 kq-da Əlabbas Rzazadəni misal göstərmək mümkündü. Yunan-Roma güləşinə son illər, demək olar ki, əcnəbilər gətirilmir. Son illərdə ancaq ağır çəkili güləşçilərlə bağlı problemlər olur. Qadın güləşiylə bağlı da eyni sözləri deyə bilərəm. Əvvəllər yığma komandada bir qadın güləşçi olurdu, indi onların sayı çoxdu. Artıq proses başlayıb. Fikrimcə, yerlərdə infrastrukturla bağlı problemlər həll edildikcə, bölgələrdə məşqçilərin səviyyəsi yüksəldikcə bu problemlər həllini tapacaq. Bölgələrdə kütləvilik artdıqca kəmiyyət də artacaq. Bu da özünü keyfiyyətin artmasında göstərəcək. Məlum məsələdi ki, kəmiyyətin artmasıyla keyfiyyət də artacaq. Bu zaman yığma üçün də seçim şansı artacaq. Seçim şansı artdıqca əcnəbilərin sayı da azalacaq. Bir qədər yuxarı çəki dərəcəsində problem yaşanır. Azərbaycan güləşində bu problem həmişə özünü göstərib. Son vaxtlar bu sahədə də irəliləyiş var. Yeniyetmələr arasında ən ağır çəki dərəcəsində Yusif Dursunovu misal çəkə bilərəm. İlk dəfə dünya çempionu olmaqla Azərbaycan güləşinin tarixinə də adını yazdırdı. Belə bir güləşçini yetişdirib, böyüklərə verə bilsək, bizim güləşimiz üçün böyük uğurdu.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman / Layihə / Manşet

6-08-2023, 23:0

Azər Hüseynov: “İndiki uşaqlar sanki hər yarışda qələbə qazanmaq istəyirlər” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-03-2023, 23:0

Sənan Süleymanov: “Sağlam həyat, sağlam gələcək üçün idmanla məşğul olmaq vacibdi” - LAYİHƏ

Layihə / Manşet

19-02-2023, 23:0

Taleh Məmmədov: “Haqsızlıqlar məni daha da güclü etdi” - LAYİHƏ

Layihə / Manşet

30-07-2023, 23:0

Ruslan Şəmilov: “İdman zallarında təkcə güləşçi yox, vətənpərvər əsgərlər yetişdiririk” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 240
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 240
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə