• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Azərbaycan voleybolunun fiaskosunun təməli pandemiyadan əvvəl qoyulmuşdu”

İdman / Manşet

27-08-2023, 16:0

Avropa çempionatı qadın voleybolçulardan ibarət yığma üçün uğursuz oldu.

Qrupda qalmışıqsa, deməli, hansısa uğurdan danışmaq əbəsdi. Komandanın turnirdəki çıxışını tanınmış voleybol meneceri, “Xarı bülbül”ün təsisçisi İlqar İmamquliyevlə müzakirə etdik.

- Çexiyanın İsveçə 3:0 qalib gəlməsi ilə qrupdan çıxmaq şansımız itdi. Yığmanın turnirdəki çıxışını necə dəyərləndirərdiz?
- Əslində millimizin böyük potensialı var. Heyətdə yaşlı voleybolçuların olduğunu qeyd edənlər çoxdu. Lakin Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abduləzimova özünü yaxşı tərəfdən göstərdi. Ayşən əsl kapitan kimi mübarizə apardı. Odinanın oyunu eniş-yoxuşlu olur, amma bu turnirdəki çıxışını bəyəndim. Polina və Ruban turnirdə çoxlu xallar qazandı. Nikalina Başnakova şans veriləndə özünü yaxşı tərəfdən göstərirdi. O da yığmanın gələcəyi sayılır. Bəyaz Quluyeva libero mövqeyində özünü yaxşı göstərdi. Düzdü, Yuliya Kərimovanı da bəyənirəm, lakin Bəyaz bu yarışda onu aşkar şəkildə qabaqladı.

- Bəs komandada nə çatmadı?
- Bir çox səbəb saya bilərəm. Amma indi bunun önəmi yoxdu. Təəssüf ki, turnirdən qabaq səsləndirdiyimiz fikirləri dinləyən olmadı. Bundan sonra hansısa səbəbin deyilməsinin mənasız olduğunu düşünürəm. Düzdü, millimiz bu yarışda yaxşı çıxış etməliydi. Turnirin axarı da göstərdi ki, rəqiblərlə başa-başa oynaya və qalib gələ bilərik.

- İlk oyundan sonuncuya kimi eyni səhvləri etdik. Millimizdə ortda zona, demək olar ki, yoxdu…
- Səhvlər çox oldu. Bunları turnirdən qabaq görməliyik. Hamımız kömək olub bu səhvlər üzərində işləməliyik. Turnirdəın əvvəl ömrünü voleybola həsr eləyən mütəxəssislərin fikirlərini dinləməliydik. Bunları etmədiyimizə görə azarkeşlərimiz məyus oldu. Belə nəticəni bir voleybolçunun üstünə də atmaq yersiz olar. Sistem səhvləri çox oldu. Bir zona yox, başqa mövqeylər də zəif idi.

- Yenə millidə dəyişiklik etmək zamanıdı?
- Adamlar çıxış yolunu hər şeyi silib atmaqda görürlər. Lakin bu yanlış fikirdi. Dəyişiklər həmişə inkişafla paralel getməlidi. Heyətimizdə olan bir sıra təcürəbli oyunçular var ki, 4-5-ci dəfə Avropa çempionatında çıxış edirdilər. Təcrübəli oyunçuya yaşlı deyib keçməməliyik. Voleybolçularımız yaxşı səviyyədə qalmaq üçün tez-tez belə turnirlərdə mübarizə aparmalıdı. Ayşənsiz, Polinasız, Odinasız, Rubansız, Bəyazsız bir milli komanda təssəvür edin. Və bu gün 12-13 yaşlı uşaqları gələcək üçün yetişdirməyə başlayaq. Onda Azərbaycan 10-12 il bütün turnirlərdən kənarda qalmaq məcburiyyətində qalacaq. Bu inkişafdı? Bu zamana kimi səhvimiz uşaq voleybolunu inkişaf etdirməmək olub. Yaxşı ki bu gün millinin 70 faizini təşkil edən oyunçular “Rabitə”dən və “Telekom”dan çıxanlardı. Bunlar da olmasa, Avropa çempionatından kənarda qalacağıq. Hansı milli komandamız Avropa çempionatının final mərhələsində iştirak edib? Ölkəmizdə komanda idman növləri arasında yeganə voleyboldu ki, 2005-ci ilən bəri hər qitə birinciliyində iştirak edirik.

- Bu nəticəni yerli məşqçi ilə də qazana bilərdik. Türkiyədən mütəxəssis gətirməyə ehtiyac yox idi…
- Ataman Güneyligillə uzun illərdi çox yaxşı münasibətimiz var. Bu gün türkiyəli mütəxəssisi də “topa tutmaq” düzgün deyil. Mən ilk gündən demişdim ki, seçim yanlışdı. Yerli çalışdırıcılarla bundan da yaxşı nəticə qazana bilərdik. Bu gün xaricidən məşqçi gətirib uğur haqda fikirləşməyimiz də absurd olar.

- Bu nəticə Güneyligilin də sonunu gətirəcəkmi?
- Bir yerdə nəticə olmayanda baş məşqçi ilə yollar ayrılır. Amma buna fərqli yanaşa bilərik. Ola bilər ki, federasiya çalışdırıcı ilə uzunmüddətli plan həyata keçirmək istəyir. Bax, bunda nəyəsə ümid etmək olar. İndiki durumda, təəssüf ki, mən belə bir siqnallar görmürəm. Bir məqama da diqqət yetirməliyik: Türkiyədə uğurlu çıxış edən komandaların baş məşqçiləri əcnəbidi. Hətta klubların heyətlərində mübarizə aparan oyunçular da legionerlərdi. “Fənərbaxça”, “Vakıfbank”, Əzcaçıbaşı” buna nümanədi. İrəli getmək, uğur qazanmaq istəyən klublar bu addımı atırlar. Bu idmanın ayrılmaz hissəsidi. Nəticə qazanmaq üçün mütləq bunu etməlisən. Əsas odu ki, meydanda ölkəni təmsil edən komanda çıxış edir. Bu gün “milliləşdirməni” tənqid edənlər də var. Bu haqda danışmaq məntiqəuyğun deyil. Türkiyə yığmasının heyətinə baxın. 80 milyonluq ölkədi, Melissa Varqas, Aleksiya Karutasu, Eda Ərdəm, Zəhra Günəş, Aslı Kalaç, Meliha İsmailoğlu, Cansu Özbay kimi oyunçular “milliləşdirilib”. “Milliləşdirilən” oyunçular da milli ruhda təlim almalıdı. Məsələn, Yelizaveta Ruban meydanda ən çox can qoyan oyunçulardan biridi. Oyunlardan sonra Rubanla danışırdım. Onun qələbə qazananda sevindiyini, məğlub olanda ağladığını görmüşəm. O, Azərbaycanı çox sevir. Bax, biz də belə ruhlu oyunçular yetişdirməliyik. Bütün dünya “milliləşdirmə” siyasəti aparırsa, niyə də biz etməyək? Bunda qəbahət heç nə yoxdu. Sadəcə, bunlar düzgün aparılmalıdı.

- Bu nəticənin günahını kimdə görürsüz?
- Ümumiyyətlə, mən günahkar axtarmağı sevən biri deyiləm. Düşünürəm ki, bir yerdə uğur qazanmaq üçün qarşıda olan çətinlikləri də göz önünə gətirmək lazımdı. Mən də istəyərdim ki, nəticələr Azərbaycan xalqını sevindirsin. Haqlı olmaq bəzən insanı yorur. Haqlı olub uğursuzluq yaşamaqdansa, haqsız olub nəticə əldə etmək yaxşıdı. Günahkar axtarmağı kənara qoymalıyıq.

- “Rabitə”də 5 il idman direktoru olduğunuz dönəmdə çox yaxşı işlər gördünüz. Komandanın Avropa və dünya arenasındakı nəticələri yaxşı idi. Lakin daha sonra “Rabitə” dağıldı. Niyə bu uğurların davamı gəlmədi?
- Təəssüf ki, nə “Rabitə” var, nə də “Azəryol”. “Rabitə” ilə qazandığmız uğurların nəticələrini indi də millidə görürük. Yetişdirdiyimiz oyunçulardan yığmanın heyətində olanlar var. “Rabitə” Azərbaycan tarixində yeganə komanda idi ki, klublararası dünya çempionu titulunu qazanmışdı. Üç dəfə Çempionlar Liqasının, bir dəfə isə dünya çempionatının finalında iştirak edib. Təəssüf ki, belə komandalar dağıldı. Buna da səbəb davamlı olmayan inkişaf strategiyasıdı. Hər şey puldan, insanlardan asılıdı. İnkişafın olması üçün sistem düzgün çalışmalıdı. Sistem isə heç kimdən asılı olmamalıdı.

- Çoxları pandemiyanın ölkə voleybolunda enişə səbəb olduğunu deyir.
- Pandemiya böyük bəhanədi. Düzdü, bu virus biznesmenlərə, idmana təsirsiz ötüşmədi. Lakin Azərbaycan voleybolunun fiaskosunun təməli pandemiyadan əvvəl qoyulmuşdu. Heç kim də bunun qarşısını almağa çalışmadı. Hamı rahat yola qaçdı.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman

16-08-2023, 15:0

Millimizin Avropa çempionatı üçün heyəti

İdman

13-07-2023, 11:0

Voleybol millimizin heyəti - Avropa çempionatı

İdman

5-08-2022, 12:0

İslamiadaya yollanacaq daha bir yığmamızın heyəti açıqlandı

İdman

19-08-2023, 11:0

Polina qələbəyə 17 xalla töhfə verdi

İdman

27-07-2023, 12:0

Ayşən Abduləzimova azarkeşlərə səsləndi

İdman

17-08-2023, 21:0

Atamanın komandası Avropada atamanlıq etməlidi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 16:20
    Fransaya qayıtmayacaq
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Daha çox
Oxunub: 164
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 91
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə