• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniya titulunu qoruyacaqmı?

İdman

26-08-2023, 23:0

Basketbol üzrə növbəti dünya çempionatı start götürdü.

"Football-plus az" xəbər verir ki, bu, tarixə 32 komandalı 2-ci, bir neçə ölkədə keçirilən ilk mundial kimi düşəcək. DÇ-nin birdən-birə üç təşkilatçısı var – ilk mərhələnin oyunlarını Filippin, Yaponiya və İndoneziya qəbul edəcək, əsas oyunlar isə Filippində keçiriləcək.

Nonsens: təşkilatçılar iştirakçılar arasında yoxdu
İlk dəfə 4 il əvvəl Çində sınanan format dəyişməyib. İlk mərhələdə 32 iştirakçı 4 qrupa bölünüb. Hər qrupdan iki ən yaxşı komanda növbəti mərhələyə adlayır, qalanı isə 17-32-ci yerlər uğrunda yarışır. Bu da vacibdi, axı DÇ həm də Olimpiadanın təsnifat turniri rolunu oynayır – Avropa və Amerikanın ən yaxşı iki, Asiya, Afrika və Okeaniyanın isə ən yaxşı bir komandası Paris Olimpiadasına birbaşa vəsiqə qazanır. 2-ci mərhələdə komandalar yenidən çarpaz prinsiplə (A qrupu B, C qrupu D qrupu ilə və s.) 4-lüklərə ayrılacaq və dairəvi sistemlə oynayacaq, ilk mərhələdəki şəxsi oyunun nəticəsi də burda nəzərə alınacaq. Nəhayət, bundan sonra pley-off başlayacaq. Sentyabrın 5-6-da 1/4, 8-də yarımfinal, 10-da final oyunları keçiriləcək.

Nəhənglərdən Argentina və Rusiya (səbəb bəllidi...) ilə yanaşı, Çində 1/4 finalda oynayan Polşa və Çexiya, nəhəng turnirlərinin daimi sakini Tunis, Afrikanın Tokio Olimpiadasındakı yeganə təmsilçisi Nigeriya da bu mundialda yoxdu. İndoneziyanın da təşkilatçı kimi avtomatik turnirə qatıla bilməməsi maraqlı vəziyyət yaradıb. DÇ-2023 basketbol tarixinə təşkilatçılardan heç birinin iştirakçılar sırasında olmadığı ilk mundial kimi düşəcək. 32 iştirakçıdan dördü debütantdı. Bunlardan ikisi – Latviya və Gürcüstan postsovet məkanını təmsil edir. Daha iki debütant Afrikadandı. Çoxlarına ekzotik görünən Cənubi Sudan və Kabo-Verde də iştirakçılar sırasındadı.

20 yığmanın heyətində MBA ulduzları var
İştirakçıların sayını artıran FİBA bundan doğan çətinliklərlə də üzləşib. Məsələn, ilk mərhələdə afişası parlaq görünən oyunların sayı azdı. Hər halda, statuslu oyunlar var – dünən Fransa ilə Kanada qarşılaşdı, 27-də Avstriya ilə Almaniyanın, 28-də ABŞ ilə Yunanıstanın, İspaniya ilə Braziliyanın dueli maraq doğurur. Və burda başqa bir məqam önə çıxır – ulduzların yoxluğu. Yunanların heyətində Yannis Adetokumbo yoxdu, serblərin ulduzu Nikola Yokiç zədədən əziyyət çəkir, Fransa yığması 2023 draftının 1 nömrəsi Viktor Vembanyamanı turnirə aparmayıb, kanadalılar Camal Mürreyin xidmətindən məhrumdu, avstraliyalıların heyətində Cok Lendeyl “sınıb”, amerikalılar isə çoxdan mundiallara “drim-tim”lə qatılmır.

Digər tərəfdən, demək olmaz ki, oyunu maraq doğuran basketbolçu yoxdu. 20 yığmanın heyətində MBA təmsilçiləri var – Luka Donçiç, Dennis Şreder, Karl-Entoni Tauns, Boqdan Boqdanoviç, Yonas Valançyunas, Nikola Vuçeviç, Lauri Markkanen, Yevan Furnye və Rudo Qober Avropa yığmalarının şərəfini qoruyacaq. Avstraliya və Kanada yığmalarının heyətində də dünyanın ən yaxşı liqasında çıxış edən basketbolçuların sayı çoxdu. Hərçənd ənənəvi şəkildə yenə də ABŞ yığması turnirin əsas favoriti sayılır. Düzdü, amerikalılarn heyətində, məsələn, Lebron Ceyms və ya Kevin Dürant yoxdu. Əvəzində Brendon İnqrem, Entoni Edvarda və Ceylen Branson oyunu ilə basketbolsevərlərin zövqünü oxşayacaq. ABŞ yığması ötən turnirdə biabırçılıqla üzləşdiyindən qisas eşqi ilə alışıb-yanır. Son Olimpiadanın “qızıl”ı belə amerikalıların qəzəbini soyutmayıb. Yeri gəlmişkən, onlar ilk mərhələdəki oyunlarını 55 minlik “Fillippin Arena”da keçirəcək, şübhə yoxdu ki, anşlaq təmin olunub.

Favoritlər sırasına aid edə biləcəyimiz başqa komandalar İspaniya, Fransa və Avstraliyadı. İspaniya DÇ-yə son turnirin qalibi kimi qatılıb. Onların heyəti bərabər səviyyəli oyunçulardan qurulsa da, ulduzların yoxluğu düşündürücü məqamdı. Rudi Fernandeslə Serxio Yula (birinin 38, o birinin 35 yaşı var) olan bütün hörmətimizlə yanaşı, deməliyik ki, artıq onların dövranı keçib. Bundan başqa, turnirin tarixində yalnız üç komanda ardıcıl iki dəfə dünya çempionu ola bilib – Braziliya 1959-cu və 1963-cü, Yuqoslaviya 1998-ci və 2002-ci, ABŞ isə 2010-cu və 2014-cü illərdə.

Tokio Olimpiadasının bürünc medalçısı olan Avstraliyanın da şansları yüksək dəyərləndirilir, ancaq bu komanda Lendeyli itirəndən sonra mərkəz oyunçusuz qalıb. Hərçənd turnir toru İspaniya və Fransa ilə müqayisədə onlara daha asan yol vəd edir. Fransanın Vembanyamasız da möhtəşəm heyəti var, “üçrənglilər” Tokioda amerikalılara qalib gəlib, bir il əvvəl isə Avropa çempionatının finalında oynayıb. Sadəcə, Fransanın elə ilk mərhələdə heyətində çoxlu MBA oyunçusunun olduğu Kanada ilə qarşılaşması vəziyyəti bir qədər çətinləşdirir. Mümkün məğlubiyyət fransızların turnir perspektivlərinə zərbə vura bilər.

İddiaçıların ikinci eşelonuna Kanada, Serbiya, Litva və Sloveniyanı daxil etmək olar. Bu komandaların hər birinin heyətində fərq yarada, oyundaşlarını minimum 1/4 finala daşıya bilən oyunçular var. Dominikan Respublikası, Kabo-Verde və Cənubi Sudana “sirli qutu” kimi baxmaq lazımdı. Taunsun lideri olduğu dominikanlılar Argentinanı mundialdan kənar saldı. İndi də bəxtlərinə asan qrup düşüb. Debütantlardan Kabo-Verdenin heyətində Edi Tavareş var. “Real”ın lideri son mövsümlərdə Avroliqanın ən yaxşı oyunçularındandı və sürpriz etməyə qadirdi.

А qrupu: Anqola, Dominikan Respublikası, Filippin, İtaliya
В qrupu: Cənubi Sudan, Serbiya, Çin, Puerto-Riko
С qrupu: ABŞ, İordaniya, Yunanıstan, Yeni Zelandiya
D qrupu: Misir, Meksika, Monteneqro, Litva
Е qrupu: Almaniya, Finlandiya, Avstraliya, Yaponiya
F qrupu: Sloveniya, Kabo-Verde, Gürcüstan, Venesuela
G qrupu: İran, İspaniya, Kot-d’İvuar, Braziliya
Н qrupu: Kanada, Latviya, Livan, Fransa

Avqustun 25-də keçirilən oyunlar:
Anqola – İtaliya 67:81 (17:23, 23:20, 17:18, 10:20)
Finlandiya – Avstraliya 72:98 (21:17, 19:28, 14:25, 18:28)
Meksika – Monteneqro 71:91 (19:19, 20:29, 19:20, 13:23)
Latviya – Livan 109:70 (27:17, 28:13, 27:18, 27:22)
Dominikan Respublikası – Filippin 87:81 (22:18, 20:24, 24:22, 21:17)
Almaniya – Yaponiya 81:63 (23:11, 30:20, 16:16, 12:16)
Misir – Litva 67:93 (12:26, 22:20, 19:24, 14:23)
Kanada – Fransa 95:65 (14:18, 29:22, 25:8, 27:17)

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

9-10-2022, 14:0

Avropa çempionatının seçmə mərhələsinin püşkü atıldı

İdman

21-06-2023, 12:0

Əliyar Ağayev Avropa çempionatının açılışını edəcək

Dünya futbolu

17-03-2023, 23:0

FİFA iki turnirin formatını dəyişdi

Dünya futbolu / Manşet

24-04-2023, 12:0

FIFA açıqladı: Dünya çempionatı bu ölkədə keçiriləcək

Aktual
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
Son xəbərlər
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 131
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə