Sizin reklam burada

Muarem “Qarabağ”ı ziyarət etdi

Müəllif: football Tarix: 16-01-2018, 15:40 630 Baxış
Muarem “Qarabağ”ı ziyarət etdi
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. “Köhlən atlar”ın düşərgəsinə sürpriz qonaq gəlib. Ağdamlıların sabiq oyunçusu Muarem Muarem şənbə günü komandanı qaldığı oteldə ziyarət edib. Yenicə keçdiyi Albaniya “Flamurtari”siylə birlikdə Antalyada olan makedoniyalı keçmiş kollektivini də unutmayıb.
Qeyd edək ki, iki fərqli vaxtda (2012-15 və 2016-17) “Qarabağ”ın formasını geyən Muarem ümumilikdə meydana çıxdığı 136 oyunda 23 qola imza atıb. Bir sıra önəmli oyunlarda fərqlənən Muarem “köhlən atlar” üçün tarixi qolların müəllifidi. Xüsusən onun “Tvente”yə səfərdə vurduğu qolu ağdamlı azarkeşlər uzun müddət unutmayacaq. Çünki məhz həmin qol sayəsində “köhlən atlar” tarixində ilk dəfə Avroliqanın qrupuna vəsiqə qazanmışdı. “Qarabağ” AL-in qrupunda ilk səfər qələbəsini də məhz onun fərqləndiyi oyunda – “Dnepr”lə səfər matçında (1:0) qazanıb.
SON XƏBƏRLƏR