
Fasiləyə iki liderlə
Futzal üzrə birinci liqada 13-cü turun oyunları keçirilib. Turun ilk günündə liderin iştirakıyla baş tutan qarşılaşma gərginliyi ilə yadda qalıb. “Standard” iki dəfə hesabda önə keçsə də, “Qarabağ” sonradan tarazlığı bərpa edib, hətta hesabı öz xeyrinə dəyişib. Oyunun son dəqiqəsində tabloda “5-lər” yan-yana dayansa da, “Qarabağ” qələbə topunu vurmağa nail olub. Liderlə eyni xalı olan “Hell Energy” isə “Star”ı böyük hesabla üstələyib. “Yasamal-2” də turu 3 xalla başa vurub. “Green Log” isə U-17-dən güclü olub. Günə Bakı derbisi ilə yekun vurulub. “Baku alovu” “Fans”ı üstələyib.
Turun son 2 oyunu şənbə günü keçirilib. Bu qarşılaşmalarda sürpriz nəticə qeydə alınmayıb. “İtaldizayn” və ADBTİA növbəti qələbələrini qazanıb. Bununla da birinci dövrəyə yekun vurulub. Turun nəticələrini nəzərinizə çatdırırıq:
Hell Energy – Star 7:1
Green Loğ – U-17 5:2
Yasamal-2 – Yeni Günəşli 2:1
Standard – Qarabağ 5:6
Baku Fans – Baku Fire 3:7
Gilan – İtaldizayn 3:7
Romana – ADBTİA 1:10
1. Qarabağ 13 10 2 1 94-27 32
2. Hell Energy 13 10 2 1 88-19 32
3. Green Log 13 10 1 2 54-25 31
4. Baku Fire 13 9 2 2 86-36 29
5. ADBTİA 13 7 4 2 64-31 25
6. İtaldizayn 13 7 1 5 58-37 22
7. Standard 13 7 0 6 78-43 21
8. Baku Fans 13 6 1 6 56-51 19
9. Yasamal-2 13 6 0 7 64-57 18
10. Yeni Günəşli 12 4 3 5 42-29 15
11. Star 13 2 0 11 32-110 6
12. U-17 12 2 0 10 35-61 6
13. Gilan 13 1 0 12 34-146 3
14. Romana 13 1 0 12 26-139 3