Qadın voleybolçulardan ibarət yığmamızın Avropa Liqasında keçirəcəyi qrup oyunlarının təqvimi dəqiqləşib. A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələri yarışa Ukrayna yığması ilə keçirəcəyi görüşlə başlayacaq. Voleybolçularımız ardınca müvafiq olaraq, Portuqaliya və Bolqarıstanla üz-üzə gələcək. Mayın 19-da start götürəcək qrup mərhələsi iyunun 6-da yekunlaşacaq. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “dördlər finalı”nda mübarizəni davam etdirəcək. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, C qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaq. A qrupunun təqvimi belədi:
1-ci tur, 19-20 may
Bolqarıstan – Portuqaliya, AZƏRBAYCAN – Ukrayna
2-ci tur, 23 may
Bolqarıstan – Ukrayna, AZƏRBAYCAN – Portuqaliya
3-cü tur, 26-27 may
Portuqaliya – Ukrayna, Bolqarıstan – AZƏRBAYCAN
4-cü tur, 30 may
AZƏRBAYCAN – Bolqarıstan, Ukrayna – Portuqaliya
5-ci tur, 2-3 iyun
Ukrayna – Bolqarıstan, Portuqaliya – AZƏRBAYCAN
6-cı tur, 6 iyun
Ukrayna – AZƏRBAYCAN, Portuqaliya - Bolqarıstan