"Neftçi" Melilya mərhələsinin qalibi oldu

20.08.2023 17:10 288
İdman
"Neftçi” İspaniyada keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsinin qalibi olub.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz finalda ev sahibi İspaniyadan güclü olub - 13:12. Komandamızın heyətində Bryana Freyzer yarışın ən dəyərli oyuncusu (MVP) mükafatına layiq görülüb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında Azərbaycanın 3x3 qadın millisi və “Neftçi” klubu növbəti matçlarını avqustun 22-də Bakıda keçirəcəklər.